2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Şamaxıda torpaq sürüşməsi kritik həddə çatıb

Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.

Bunu Trend-ə AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb:

“Hazırda ərazidə sürüşmə prosesi davam edir. Yolun bir hissəsi dağılıb. Ağsu aşırımı onsuz da təhlükəli zonadır. Payızda havanın rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin fəallaşmasına səbəb ola bilər”.

S.Tarixəzəri qeyd edib ki, Böyük Qafqazın cənub yamacında fəallaşan sürüşmə sahələrinə Şamaxı (Muğanlı, Qaravəlli, Mədrəsə kəndləri və b.), Ağsu, İsmayllı (Basqal kəndi və b.) rayonları aiddir. Sürüşmələr həm də Dəmiraparançay, Girdimançay, Ağsuçay, Daşağılçay, Pirsaatçay və s. çay dərələrində geniş yayılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button