2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Samir Əliyev: Neftin qiyməti düşən zaman islahatlar gözləntisi vardı

“Strateji Yol Xəritəsi” davamlı prosesə çevrilməliydi”

“Brent” markalı Şimal dəniz neft qatışığının mart fyuçersləri 1,5 faiz artaraq bir barel üçün 71,01 dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Londonun “ICE” birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu növ neftin qiyməti sonuncu dəfə 2014-cü ilin 3 dekabr tarixində 71 dollardan yuxarı olub.

İqtisadçı Samir Əliyev neftin qiymətinin artmasını müvəqqəti hesab edir və bu artımın neft ölkələrinin də maraqlarına cavab vermədiyini deyir:

“Bundan sonra neftin qiyməti hətta kəskin ucuzlaşa bilər. Yəqin ki, qiymət yaxın zamanlarda 60-65 dollar arasında “oynayacaq”. Hazırkı hədd ən yüksək sayıla bilər. Əslində, bu qiymət heç OPEC ölkələrinə, o cümlədən, Səudiyyə Ərəbistanına da sərf etmir. Hazırda dünyada alternativ enerji mənbələrinin inkişafı üzərində iş gedirsə, neftin qiymətinin əvvəlki illərdə olduğu kimi olacağı inandırıcı deyil”.

Bəzi ekspertlər neft qiymətlərinin artması ilə hakimiyyətin islahatları dayandırdığını söyləyir və konkret olaraq, “Yol xəritəsi”nin gündəmdən çıxdığını misal çəkirlər. Yəni hökumət artan qiymətlərə arxayın olaraq heç nə etmək istəmir.

Samir Əliyev xatırladıb ki, 2006-cı ilin ortalarından Azərbaycana böyük həcmdə neft gəlirləri gəldi. Bununla idarəetmədə mərkəzləşmə prosesi davam etdi.

O, hələ neft gəlirlərinin həcminin artdığı illərdə yerli özünüidarəetmə institutunun inkişafının vacibliyini vurğuladığını bildirdi:

“Bununla paralel əksmərkəzləşmə islahatları aparılmalıdır. İcra hakimiyyətləri regional formaya keçib səlahiyyətlər bələdiyyələrə verilməliydi. Yəni hər şəhərdə yox, regionlarda icra hakimiyyətləri olmalıdır. Amma proses onu göstərdi ki, bələdiyyələr yarananda daha çox səlahiyyətlərə malik idilər, nəinki indi. Beləliklə, məhdud səlahiyyətlər daha da məhdudlaşdırıldı, bəzi maliyyə mənbələrindən məhrum edildilər.

Bundan əlavə kommunal sektorun özəlləşləşdirilməsini təıklif etdik. “Barmek”i misal çəkdik, ancaq neft gəlirləri bu şirkləti bazardan çıxartdı. Neft pullarının çoxalması islahatları stimullaşdırmaq əvəzinə ləng apardı, əks proseslər apardı. 2008-ci ildə dünyada iqtisadi böhran səbəbindən neftin qiyməti düşdü, o zaman islahatlar gözləntisi vardı, sadəcə, qiymətin enməsi qısamüddətli oldu”.

Samir Əliyev 2014-cü ilin sonunda qiymətin düşməsini əvvəlki illərlə müqayisədə uzunmüddətli hesab edir və 2015-ci ildə hökumətin iki devalvasiya qərarını xatırladır:

“O zaman hökumət bir müddət gözləmə mövqeyində dayandı ki, bəlkə qiymət artacaq. Amma görəndə ki, neftin qiyməti bir müddət 100 dollar səviyyəsinə çatmayacaq onda müəyyən addımlar atmağa başladı. Söhbət “Strateji Yol Xəritəsi”ndən gedir və bu sənəd böhrandan çıxmaq üçün hazırlanmışdı. Bir sıra ölkələrdə böhran dövründə təxirə salınmaz tədbirlər planları olur, “Strateji Yol Xəritəsi”də bura daxildir. İndi yenidən neftin qiyməti artıb, amma elan olunan sənədlər davamlı prosesə çevrilməliydi. Çox təəssüf ki, davamı gəlmədi. Bir tərəfdən dövlət

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button