2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Samir Şərifov Aztv-də işləyir?

Azərbaycanda aparılan iqtisadi islahatlara toxunan S.Şərifov bildirib ki, neftin kəskin ucuzlaşması fonunda bu disbalansın aradan qaldırılması üçün hökumət tərəfindən qabaqlayıcı addımlar atılıb, nəticədə makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub: “Biz həmçinin kompleks struktur islahatlarının aparılmasına başlamışıq ki, bu da dövlət vəsaitinin idarə olunması, pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsi kimi istiqamətləri əhatə edir.

Neftin qiyməti kəskin ucuzlaşandan sonra ağır sosial-iqtisadi böhran içində olan Azərbaycanda rəsmilər mövcud vəziyyət haqqında danışanda Aztv-yə uzun illər əvvəllər göndərilmiş tezislər çərçivəsindən kənara çıxmırlar. Maliyyə naziri Samir Şərifov artıq makroiqtisadi sabitliyin əldə olunması haqqında raport verib. Görünür hakimiyyət hesab edir ki, siyasi sabitlik olan yerdə bütün sahələrdə sabitliyin olmamasından danışmaq kobud siyasi səhv olardı. Maliyyə naziri də bu qaydaya uyğun hərəkət edərək makroiqtisadi sahədə sabitliyin təmin olunduğunu bəyan edib. Samir Şərifov da başqa məmurlar kimi iqtisadi terminlərlə manipulyasiya etməyi vacib bilir və bununla neqativləri xoşlamayan dövlət başçısının çıxışları ruhunda danışmağa üstünlük verdiyini nümayiş etdirir. Samir müəllimi “palaza bürün, məmurlarla sürün” prinsipinə uyğun hərəkət dərin iqtisadi problemlərdən daha çox maraqlandırır. Nəyin baş verib, baş vermədiyindən asılı olmayaraq pozitiv notlarla danışmağı o da özünə borc bilir.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button