2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Samir Şərifovun başı dərddə

 Maliyyə naziri Samir Şərifov növbəti dəfə hədəfə gəlib.

Bu maliyyə nazirinin hakimiyyətdəki rəqiblərinin üçüncü ciddi həmləsidir. Birinci həmlə “MTN işi”ndən az sonra baş vermişdi. Həmin vaxt Samir Şərifova qarşı “üçqat agent” ittihamı irəli sürülmüşdü. Maliyyə Nazirliyi isə ittihamlara ironik cavab verməklə kifayətlənmişdi. Məsələ ciddiləşəndən sonra isə “üçqat agent qalmaqalı”nın arxasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dayandığı barədə məlumatlar yayıldı. Həmin məlumatlarda bildirilirdi ki, Eldar Mahmudov bununla qudası olan Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri, “kredit qalmaqalı”na görə həbs edilən Cahangir Hacıyevin qisasını alır.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumat üçün deyək ki, “kredit qalmaqalı”na görə Cahangir Hacıyev Samir Şərifovu ittiham edirdi. Hətta hakimiyyətin nəzarətində olan KİV-lərdən biri bu məsələyə görə Eldar Mahmudovun özünün agent olduğu və “dağ siçanı” ləqəbilə fəaliyyət göstərdiyi barədə iddia irəli sürdü. Samir Şərifova ikinci həmlə yaxın dostu, Cahangir Hacıyevdən sonra ABB-yə rəhbərlik edən Elmar Məmmədovun vəzifəsindən uzaqlaşdırılması ilə başladı. Elmar Məmmədovun işdən çıxarılması “qara bazar əməliyyatı” ilə izah edilirdi.

Bildirilirdi ki, ABB sədri hökumətin maliyyə siyasətinə ziddi olaraq dollarları “qara bazar” ötürür. Bu məsələdə Samir Şərifov da ciddi ittihamlara məruz qaldı. Çünki Elmar Məmmədov bu iri maliyyə əməliyyatını müstəqil şəkildə həyata keçirdiyi inandırıcı görünmürdü. İndi isə Samir Şərifov “ağac soyqırımı”na görə hədəfdədi. Bildirilir ki, ölkə başçısı İlham Əliyevin qəzəbinə səbəb olan “Böyük Plaza” şirkəti Samir Şərifovundur. Qeyd edək ki, bu şirkət Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binası tikirdi. Şirkət tikinti aparılan ərazidə 54 ağacı qanunsuz olaraq kəsib. İlham Əliyevin məsələyə reaksiyası sərt olub və tiknti dayandırılıb. Maliyyə Nazirliyi şirkətin Samir Şərifova aid olmadığını bəyan etsə də, mətbuat, xüsusilə hakimiyyətin nəzarətində olan media orqanları israrla yazır ki, “Böyük Plaza” maliyyə nazirinə məxsusdur. Ən yaxşı halda isə Samir Şərifov həmin şirkəti himayə edir.

Hökumətyönlü medianın məsələyə xüsusi diqqət ayırması və Samir Şərifovun adını hallandırması hakimiyyət daxilində maliyyə nazirinə qarşı yeni həmlənin olduğunu deməyə əsas verir. Samir Şərifovun vaxtaşırı hədəfə gəlməsi səbəbsiz deyil. Maliyyə böhranı başlayandan sonra Samir Şərifov ona verilən qeyri-rəsmi səlahiyyətlər nəticəsində kifayət qədər güclü fiqura çevrilib və nəticədə özünə kifayət qədər sayda rəqib qazanıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button