2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Samir Şərifovun media emissarları Cahangir Hacıyevə qarşı – Faktlar

 

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev əleyhinə kampaniya aparır. 24saat.org-a daxil olan məlumata görə, nazir media emissarları hesabına sabiq bankiri mediada “vurur”.

S.Şərifovun yaxın çevrəsi bəzi mətbu orqanlara ötürdüyü materiallarda C.Hacıyevlə bağlı qara piar təşkil edir. Məqsəd sabiq bankirə diqqəti yönəltmək və hədəfdən özünü yayındırmaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbə qeyd edir ki, maliyyə naziri mediadakı qruplaşmasını maliyyələşdirir və mətbu dayaqlarını gücləndirir. Bu əks-hücum kampaniyası ilə S.Şərifovun ölkə rəhbərliyinin qəzəbini soyudacağını düşünür.

Belə ki, Hacıyev bütün məhkəmə proseslərində açıq şəkildə maliyyə naziri Samir Şərifovun adını çəkməklə onun da həbs olunmasını tələb edib. “Samir Şərifov yanımda oturmalıdır” deyən Hacıyev konkret faktlar səsləndirib və veriləcək cəzadan qorxmadığını açıq etiraf edib.

Bütün bunların fonunda nazir Samir Şərifovun qismən susması, ciddi və arqumentli cavablar verməməsi isə vəziyyətin kritik olmasınından xəbər verir.

24saat.org-a daxil olan məlumata görə, S.Şərifovun vəziyyəti ürəkaçan deyil və nazir özü də bunu yaxşı dərk edir.

Ona görə də müdafiə taktikasını seçib və “mətbu qalalar” yaradıb. Nazir media emissarlarına xərclədiyi pulla əmlak komitəsinin sədri Kərəm Həsənov kimi vəziyyətdən çıxmağa çalışır.

O da iddia olunur ki, “qara bazar”da dollar ötürülməsi əməliyyatlarında Samir Şərifovun yaxın dostunun adı keçir. Söhbət Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Elmar Məmmədovdan gedir.

Onun adının hallanması Samir Şərifovun mövqelərinə ciddi zərbə vurub. Elmar Məmmədov bir ay əvvəl tutduğu vəzifədən azad edilib. Cahangir Hacıyev ABB-nin rəhbərliyindən uzaqlaşdırılaraq həbs ediləndə baş verənlərin arxasında Samir Şərifovun dayandığı iddia edilirdi.

Bildirilirdi ki, nazir maliyyə bossları arasındakı əsas rəqibini çoxdan sıradan çıxarmaq istəyirdi. Nəhayət maliyyə böhranı və manatın devalvasiyaya uğraması Samir Şərifov üçün əla fürsət yaratdı və o, Cahangir Hacıyev üzərində qələbə qazandı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button