2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Samiraldo: “Samir Bağırov mənə xəyanət etdi”

Azərbaycanlı stilist Samiraldo uzun illər dostluq etdiyi müğənni Samir Bağırov barədə danışıb.

24saat.org axşam.az-a istinadən bildirir ki, “Show time” verilişinin qonağı olan imic ustası bildirib ki, S.Bağırov Azərbaycanda müğənni kimi fəaliyyət göstərmək istəmir:

Saytların yığılması Saytlarin yigilmasi

“İstəməzdim ki, bu barədə danışam. İndi mənim həmin insanla əlaqəm də yoxdur. Hazırda tamam başqa bir aləmdəyəm. Bilirsiniz, “ölmüş” insanı diriltmək lazım deyil. Artıq bu insan “ölüb”. Nə qədər oyanmaq istəsə də, alınmır. Çünki bu insan sənətdən uzaqlaşıb. Özü də açıq aşkar söylədi ki, fəaliyyətini Azərbaycanda davam etdirmək istəmir. Efirlər ona imkan yaradırlar ki, televiziyaya çıxsın. Amma razı olmur. Əgər bu insan bunu istəmirsə, 10 ilə yaxındır ki, mahnı oxumursa, demək bu adam sənətdən gedib”.

Samiraldo S.Bağırovla dostluğunun bitməsinin səbəbindən də danışıb. O bildirib ki, dostu ona xəyanət edib:

“Samirdən uzaqlaşandan sonra yolum açıldı. Çünki içimdə olan bütün qüvvəni ona vermişdim. Mən gördüm ki, bu insan oyanmaq istəmir. Bu adamı yorğan-döşəkdən çıxarıb, tədbirə, studiyaya aparırdım. Məni tanıyanlar bilir ki, onun üçün nə əziyyətlərdən keçmişəm. Sonra oturub düşündüm ki, bu mənim nəyimə lazımdır? Mən yaxşılıq edirəm, bu mənim telefonlarıma cavab vermir. Bu insana həqiqi mənada dost demək olardı. Dostluqda o mənə qarşı xəyanət etdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button