Loading...
Loading...
Texnologiya

Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təqdim edib (VİDEO)

    Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib. ISOCELL HP3 adlı kamera sensoru maraqlı özəllikləri ilə şirkətin əvvəlki 200 MP-lik kamera sensorundan fərqlənir. Piksellərin ölçülərinin kiçildilməsi hesabına ISOCELL HP3 əvvəlki 200 MP-lik kamera sensorundan daha kompakt ölçülüdür. Buna görə də ISOCELL HP3 yeni smartfonların kompakt və nazik gövdələrinə quraşdırıla bilər. Samsung-un verdiyi məlumata əsaəsn 1/1.4” optik formatlı yeni kamera sensoru mobil kameralar bazarında ən kiçik piksellər ilə təchiz olunub. Belə ki, hər bir pikselin ölçüsü cəmi 0.56 mikrometr təşkil edir.

    ISOCELL HP3 kamera sensoru Tetra Pixel texnologiyasını dəstəkləyir və işıq həssaslığının artırılması üçün onun hesabına 2×2 (50 MP) və 4×4 (12.5 MP) rejimlərində təsvirləri əhatə edə bilir. Yeni kamera sensorunun daha bir fərqləndirici özəlliyi Smart-ISO Pro texnologiyasıdır. O, müxtlif ISO göstəricili kadrlardakı məlumatları kombinasiya edərək geniş dinamik diapazonlu hazır təsvirləri formalaşdırır. Bundan əlavə olaraq ISOCELL HP3 Super QPD adlı yeni avtofokus sistemini əldə edib. Sözügedən avtofokus sistemi kamera sensorunun bütün piksellərindən istifadə edərək kadrdakı obyektə sürətli və dəqiq fokuslanmanı təmin edir. ISOCELL HP3-ün test versiyaları artıq Samsung-un partnyorlarında mövcuddur. Bu yeni kamera sensorunun irimiqyaslı istehsalına isə bu il start veriləcək.

Gözdən qaçırmayın:  MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button