2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung Electronics Sizi Bespoke Home 2022 Tədbirinə Yaşam İmkanlarınızı Genişdirməyə Dəvət Edir.

    Samsung Electronics innovativ məişət cihazlarının ən son məhsullarını vurğulayan ikinci qlobal Bespoke Home 2022 sərgisini açıq elan edib. Bu ilki tədbir mövcud sərhədlərin genişləndirilməsi ilə bağlı üç əsas mövzuya toxunmuşdur – istifadə sahəsi, təcrübəsi və müddəti. Burada Samsung, Bespoke-un qlobal əhatə dairəsinin necə genişləndirildiyinin və “mətbəx” anlamının  sərhədlərinin necə aşıldığı barədə geniş məlumat vermişdir. Həmçinin, dünya şöhrətli brend Bespoke-un müştərilərə məhsullarından daha uzun müddət istifadə etməyə imkan yaradan uzun ömürlülüyünün necə təmin edildiyini vurğulayaraq, həyat təcrübələrinin daha rahat və çevik olmasına aparan yolu izah etdi.

Saytların yığılması Saytlarin yigilmasi

    “Bespoke Home 2021-də biz müştərilərə fərdiləşdirmə, çevik funksionallıq və bir-biri ilə əlaqəli işləyən məişət texnikasını təqdim etdik” deyə Samsung Electronics-in Rəqəmsal Məişət Texnikası Biznesinin Satış və Marketinq Qrupunun rəhbəri Kanghyup Lee bildirmişdir. “Bu il biz Bespoke-un istehlakçılara mətbəxdə və mətbəxdən kənarda yeni təcrübələr, rahatlıq və davamlılıq istiqamətində müvəfəqiyyətlərimizi nümayiş etdirməkdən məmnunuq.”

    İstifadə Sahəsinin Genişlənməsi

    Bespoke, evinizin kəndarlarını dünyaya genişləndirərək, tezliklə 50-dən çox ölkədə təmsil olunacaqdır. Bundan əlavə, Samsung təkmilləşdirilmiş funksiyalar və yeni rəng seçimləri ilə təchiz olunmuş müxtəlif məhsul kateqoriyalı Bespoke məhsul xəttini bütün məişət texnikası çərçivəsində genişləndirəcəkdir.

    Bespoke-un təkmilləşdirilmiş dizaynı istifadəçilərin evlərinin harada yerləşməsindən asılı olmayaraq, müxtəlif zövqləri və estetikanı həqiqətən əks etdirən, özlərinə və istəklərinə uyğun interyer yaratmağa ruhlandırmaq üçündür. Samsung  bu mövqeyi istifadə sahəsinin genişləndirilməsini əsas tutaraq həyata keçirir

    İstifadə Təcrübəsinin Təkmilləşdirilməsi

    Bir-biri ilə əlaqəli işləyən məişət cihazlarının adi gündəlik həyatımızda fəaliyyətini adiləşdirmək üçün, Bespoke Yemək bişirmə, Enerji, Geyimə Qulluq, Heyvanlara Qulluq, Havaya Nəzarət və Evdə Qulluq kimi, altı ağıllı ev xidmətini təqdim edir. Həmçinin, Samsung, təkmilləşdirilmiş AI və yenilənmiş Family Hub xidməti ilə birlikdə istifadəçilərin həyatına avtomatlaşdırılmış rahatlıq gətirməyi vəd edir.

    İstifadə Müdətinin Uzadılması

    İstifadə sahəsini və təcrübəsini genişləndirməklə yanaşı,  Samsung məhsulların dizaynından tutmuş utilizasiyasına qədər bütün həyat dövrü ərzində cihazlar üçün davamlı həllər yaradır.

    Bespoke Home-in təqdim etdiyi yeniliklər haqqında daha çox öyrənmək üçün 7 İyun Bakı vaxtı ilə 18:00-da təyin edilmiş Bespoke Home Media Day tədbirinə qoşulun. Bespoke Home Media Day 2022 tədbiri Samsung-un rəsmi YouTube kanalında və Samsung.com-da yayımlanacaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button