2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung Galaxy A13 4G və Galaxy A23 smartfonlarını təqdim edib

    Samsung şirkəti Galaxy A seriyasını yeni smartfonlarla genişləndirib. Belə ki, şirkət Galaxy A13 4G Galaxy A23 smartfonlarını təqdim edib. Orta seqment smartfonlara aid olmalarına baxmayaraq yeni smartfonlar yüksək həcmli batareyalar və təkmilləşdirilmiş kameralar əldə ediblər. Galaxy A13 4G modeli 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

    Bununla yanaşı smartfon ekranı Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy A13 4G modeli 8 nanometrlik Exynos 980 prosessoru, 3/4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 5 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 4.1 interfeysli Android 12 vasitəsilə çalışır.

    Galaxy A22 modelinin davamçısı olan Galaxy A23 modeli 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib.

    Əsas texniki götəricilər baxımından Galaxy A23 modeli 6 nanometrlik Snapdragon 680 prosessoru, 4/6/8 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 5 MP + 2 MP + 2 MP dördlü arxa kamera, 8 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 4.1 interfeyli Android 12 vasitəsilə çalışır. Galaxy A seriyasının yeni smartfonlarının hansı qiymətdə nə zaman satışa çıxacaqları barəsində məlumat daha sonra veriləcək.

24 saat” “Samsung Galaxy A13 4G və Galaxy A23 smartfonlarını təqdim edib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button