2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung Galaxy S22 smartfonlarında tətbiqlərin performanslarının aşağı salınması problemini həll edir

    Dünən məlum olmuşdu ki, Samsung şirkəti 10.000 tətbiqin performasını süni şəkildə aşağı salır. Sözügedən problem əsasən Galaxy S22 modellərində müşahidə edilir. Problem isə smartfonlardakı Game Optimizing Service (GOS) tətbiqindədir. Sözügedən tətbiq smartfonun performansı və çalışma müddəti arasındakı balansın əldə edilməsində yardımçı olur. Əldə olan məlumatlara sasən GOS tətbiqi oyunlarla birlikdə işə düşməlidir və nəticədə smartfonun performansı ilə çalışma müddəti arasındakı balansı optimizasiya etməlidir. Lakin məlum olub ki, optimizasiya edilən tətbiqlər arasında təkcə oyunlar deyil, həmçinin Youtube, TikTok, Microsoft Office, Netflix və s. kimi tətbiqlər də mövcuddur.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq GOS həmçinin Samsung-un öz tətbiqlərini də optimizasiya edir. Onların arasında Samsung Cloud, Samsung Pay Samsung Pass kimi tətbiqlər var. Faktiki olaraq elə vəziyyət yaranır ki, Samsung şirkəti daha yaxşı enerji effektivliyini əldə etmək üçün Snapdragon 8 Gen 1 və ya Exynos 2200 prosessorlarının performanslarının bir hissəsini bloklayır. Maraqlısı ondadır ki, GOS-u smartfonların ayarlarından deaktiv etmək mümkün deyil. Bunun üçün kənar proqram təminatından istifadə etmək lazımdır.

    Samsung isə öz növbəsində buna reaksiya verib və bildirib ki, Samsung smartfonlarında oyunların performanslarının aşağı salınması probleminin aradan qaldırılması üçün nəzərdə tutulmuş sistem yenilənməsi artıq hazırlanma mərhələsindədir. Şirkət bildirib ki, hazırlanan sistem yenilənməsi yaxın zaman ərzində bütün istifadəçilər üçün təqdim ediləcək. Sistem yenilənməsinin quraşdırılmasından sonra istifadəçilər oyunlarla qarşılıqlı əlaqədə olan zaman fərdi şəkildə prioriteti performans göstəricilərinə verə biləcəklər. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button