Loading...
Loading...
Texnologiya

Samsung Galaxy S9 və S9 Plus smartfonlarının dəstəklərini dayandırıb

    Samsung şirkəti Galaxy S9S9 Plus smartfonlarının dəstəklərini dayandırdığını rəsmi şəkildə elan edib. Beləliklə sözügedən smartfonlar üçün bundan sonra təhlükəsizlik yenilənmələri təqdim olunmayacaq. Qeyd etmək lazımdır ki, şirkət bir neçə müddət bundan öncə bu smrtfonların reytinqlərini aşağı salmışdı. Bu isə o deməkdir ki, Galaxy S9 və S9 Plus üçün mart ayında təqdim edilmiş yenilənmələr son yenilənmələr olublar. Qeyd etmək lazımdır ki, Galaxy S9 və S9 Plus martfonları 2018-ci ildə satış çıxıblar. Bu smartfonlar One UI 2.5 interfeysli Android 10 vasitəsilə çalışırlar.

    İstifadəçilər öz istəklərinə uyğun olaraq bu smartfonları müxtəlif kənar üsullar vasitəsilə Android 11 və hətta Android 12-yə kimi yeniləyə bilərlər. Artıq köhnəlmiş smartfonlardan imtina etmək qərarına gəlmiş istifadəçilər üçün Samsung xüsusi təklifi təqdim edir. Belə ki, Galaxy S22 Ultra modelini almaq istədikdə Galaxy S9 və ya S9 Plus modelinə sahib istifadəçilər onları Samsung-a təhvil verərək yeni smartfonun alışı zamanı 270-300$ dəyərində endirim əldə edəcəklər. Bir neçə müddət bundan öncə şirkət həmçinin Galaxy S10 smartfonlarının rüb üzrə yenilənmə tezliklərini də aşağı salmışdı. Bu isə o deməkdir ki, çox güman ki, şirkət Galaxy S10 modellərinin dəstəklərini gələn ilin yaz fəslində dayandıracaq.

24 saat” “Samsung Galaxy S9 və S9 Plus smartfonlarının dəstəklərini dayandırıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Avropa Kosmik Agentliyinin yeni aparatı Yupiterin 3 peykini araşdıracaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button