Loading...
Loading...
Texnologiya

Samsung Galaxy Tab S8, S8+ və S8 Ultra planşetləri təqdim olunub – QİYMƏTİ

    Samsung şirkəti dünən Galaxy S22 smartfon seriyası ilə birlikdə həmçinin Galaxy Tab S8 planşet seriyasını da təqdim edib. Sözügedən planşet seriyasına Galaxy Tab S8, S8+S8 Ultra modelləri daxil olublar. Yeni Galaxy Tab S8 planşetləri Qualcomm-un flaqman prosessorunu və S Pen stilusunu əldə ediblər. İlk öncə Galaxy Tab S8 və S8+ modellərindən başlayaq. Adi Tab S8 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560×1600 piksel keyfiyyətli 11 düym LTPS ekran ilə təchiz olunub. Tab S8+ modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800×1752 piksel keyfiyyətli 12.4 düym Super AMOLED ekran ilə təchiz olunub. Adi S8 modelində barmaq izi skanı texnologiyası planşetin yandırıb/söndürmə düyməsinə, S8+ modelində isə birbaşa ekrana inteqrasiya edilib. Hər iki planşet modeli S Pen stilusuna sahibdir.

    Stilus yumşaq başlığa sahibdir və bunun sayəsində planşet ekranının zədələnməsi halı ortadan qalxır. Bundan əlavə olaraq stilus jestlərlə idarəni dəstəkləyir. Bunun sayəsində uzaqdan planşet kamerasını işə salmaq, prezentasiya slaydlarını sıralamaq və ya media fayllarını oynatmaq olar. Planşetlərin çərçivələrinə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Tab S8 və S8+ modelləri Snapdragon 8 Gen 1 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kmi microSD dəstəkli), 13 MP + 6 MP ikili arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunublar.

    Batareya göstəriciləri baxımından planşetlər fərqlənirlər. Belə ki, adi Tab S8 modeli 45 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh, S8+ isə eyni gücdə sürətli şarj texnologiyalı 10.090 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetlərin arxa kameraları saniyədə 30 kadr sürətlə 4K keyfiyyətində və saniyədə 30 kadr sürətlə 1080p keyfiyyətində videolar çəkə bilirlər. Bununla yanaşı planşetlər 4 ədəd stereo səsgücləndiricilərə sahibdirlər və Dolby Atmos texnologiyasını dəstəkləyirlər. Planşetlər One UI Tab 4 interfeysli Android 12 vasitəsilə çalışırlar.

    İndi isə keçək Galaxy Tab S8 Ultra modelinə. Sözügedən planşet modeli premium cihaz sinifinə daxildir və o, ənənəvi noutbuku əvəzləyə bilər. Bunun üçün o, böyük ölçülü ekran, güclü texniki özəlliklər, S Pen stilusu və qoşula bilən klaviatura ilə təchiz olunub. Beləliklə Tab S8 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2960×1848 piksel keyfiyyətli 14.6 düym Super AMOLED ekran ilə təchiz olunub. Sözügedən model maksimal dərəcədə nazik çərçivələrə sahib olduğu üçün ikili ön kamera ekran üzərindəki kiçik çıxıntı hissədə yerləşdirilib. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

Gözdən qaçırmayın:  MediaTek 5G smartfonlar üçün yeni Dimensity 8100 və Dimensity 8000 prosessorlarını təqdim edib

    Əsas texniki göstəricilərə gəldikdə isə Tab S8 Ultra modeli Snapdragon 8 Gen 1 prosessoru, 8/12/16 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 13 MP + 6 MP ikili arxa kamera, 12 MP + 12  MP ikili ön kamera və 45 vatt gücündə sürətli şarj texnologiyalı 11.200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Tab S8 Ultra modeli də 4 ədəd stereo səsgücləndiriciyə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir. Planşet One UI Tab 4 interfeysli Android 12 vasitəsilə çalışır. Galaxy Tab S8 planşetləri gələn ay satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.

– 128 GB yaddaşa sahib Galaxy Tab S8 – 700$

24 saat” “Samsung Galaxy Tab S8, S8+ və S8 Ultra planşetləri təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button