2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung Galaxy Z Fold 4 barəsində ilk məlumatlar verilib

    Koreyanın The Elec adlı saytı Samsung şirkətinin növbəti qatlana bilən smartfonu barəsində məlumatlar verib. Söhbət, Galaxy Z Fold 4 smartfonundan gedir. Verilmiş məlumata əsasən Samsung şirkəti Galaxy Z Fold 4 modelində əsas diqqəti cihazın ümumi keyfiyyətinin yüksəldilməsinə ayıracaq. Buna görə də smartfonda ciddi dəyişikliklərin olacağını gözləmək lazım deyil. Şirkət yeni qatlana bilən smartfonun dizaynında kiçik dəyişikiklər reallaşdıracaq. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Galaxy Z Fold 4-ün gövdəsində S Pen stilusu üçün nəzərdə tutulmuş xüsusi yer də olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy S22 Ultra modelinin gövdəsində də S Pen stilusu üçün xüsusi yer reallaşdırılıb. Smartfonun sahib olacağı ekranlara gəldikdə isə o yenə də 2 ekran ilə təchiz olunacaq. Əsas ekran 7.56 düym ölçüsündə, əlavə ekran isə 6.19 düym ölçüsündə olmalıdır. Galaxy Z Fold 3 də eyni ekran ölçülərinə sahibdir. Smartfon barəsində digər bir məlumat verilməyib. Lakin güman etmək olar ki, Galaxy Z Fold 4 modeli Snapdragon 8 Gen 1 prosessoru və üçlü arxa kamera ilə təchiz olunacaq. Smartfonun yay fəslində təqdim olunacağı gözlənilir.

24 saat” “Samsung Galaxy Z Fold 4 barəsində ilk məlumatlar verilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button