2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung öz flaqman smartfonlarını MediaTek prosessorlarına keçirdə bilər

    Samsung öz flaqman smartfonlarını MediaTek şirkətinin prosessorları ilə təchiz etməyə başlaya bilər. Ola bilsin ki, bu cür qərarın səbəbi MediaTek prosessorlarının performanslarının reytinqlərdə ikinci yeri tutmalarındadır. Birinci yeri isə Apple şirkətinin A Bionic seriyası tutur. Verilmiş məlumata əsasən Samsung MediaTek prosessorlu iki yeni flaqman smartfon üzərində çalışır. MediaTek prosessorlarına keçid isə öz növbəsində Samsung-a digər istehsalçılar qarşısında qiymət məsələsində üstünlük verə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

    Digər tərəfdən bu cür seçim Samsung-un fərdi Exynos prosessorlarının bazardakı paylarını aşağı sala bilər. Strategy Analytics-in verdiyi məlumata əsasən keçən il MediaTek-in mobil prosessorlar bazarındakı payı 26.3%, Qualcomm-un isə payı 37.7% təşkil etmişdi. MediaTek aşağı və orta qiymət seqmentinə sahib məhsullarını təklif etməklə daimi şəkildə diqqəti cəlb edib. Bunun sayəsində smartfon istehsalçıları öz cihazlarının yekun qiymətlərini aşağı sala biliblər. Dimensity 9000 prosessorunu təqdim etməklə isə şirkət Snapdragon 8 Gen 1Exynos 2200 kimi prosessorlarla rəqabət apara bilər. Məlumatda qeyd edilib ki, Galaxy S22 FE smartfonu bu ilin ikinci yarısında təqdim oluna bilər və onun MediaTek prosessoru ilə təchiz olunma şansı çox yüksəkdir.

24 saat” “Samsung öz flaqman smartfonlarını MediaTek prosessorlarına keçirdə bilər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button