2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Samsung rəhbərinə 2.5 il həbs cəzası kəsildi


 

Cənubi Koreyada məhkəmə “Samsung Electronics” şirkətinin vitse-prezidentini korrupsiyada təqsirli bilərək iki il yarım həbsə məhkum edib. Bu şirkət dünyada yaddaş kartları və smartfonların ən böyük istehsalçısı sayılır.

52 yaşlı Li Cae-yonq əvvəlcə keçmiş prezident Park Geun-hayın müttəfiqinə rüşvət verməkdə təqsirli bilinib və 2017-ci ildə beş il həbsə məhkum edilib. Ancaq özünü təqsirsiz bilirdi, sonradan cəzası azaldıldı, şərti cəzayla əvəzləndi və bir il həbsdə qalandan sonra buraxıldı.

Saytların yığılması Saytlarin yigilmasi

Ali Məhkəmə işi yenidən Seul Ali Məhkəməsinə göndərmişdi və yanvarın 18-də yeni hökm çıxarılıb.

Samsung ailə tərəfindən idarə olunan ən böyük konqlomeratdır və Cənubi Koreya iqtisadiyyatında dominant mövqedədir. Dünyada isə 12-ci yerdədir.

Şirkətin ümumi ticarət dövriyyəsi Cənubi Koreya ÜDM-nin 20 faizini təşkil edir.

Li bir neçə ildi Samsung şirkətini idarə edirdi, atası infarkt keçirəndən sonra oktyabrda vəfat edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button