2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Samsung-un Galaxy məhsullarının istifadəçiləri öz cihazlarını fərdi şəkildə təmir edə biləcəklər

    Samsung şirkəti iFixit saytı (cihazların təmiri sahəsində fəaliyyət göstərən məşhur sayt) ilə birlikdə istifadəçilər üçün yeni xidməti təqdim edib və həmin xidmət çərçivəsində istifadəçilər fərdi şəkildə Galaxy cihazlarını təmir edə biləcəklər. Məşhur iFixit saytı ilə əməkdaşlıq çərçivəsində Samsung şirkəti istifadəçilər üçün təmir üzrə lazımi komponentləri, detalları və təlimatları təqdim edəcək. Sözügedən xidmətin ilkin mərhələsinə Galaxy S20, S21 smartfonları və Tab S7 Plus planşeti daxil olacaq. Beləliklə sözügedən cihazların istifadəçiləri şirkət tərəfindən təqdim ediləcək xüsusi təlimatlar vasitəsilə onların ekranlarını, arxa şüşələrini və şarj girişlərini fərdi şəkildə dəyişə biləcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

    Həmin detallar da Samsung tərəfindən təqdim ediləcək. Bu üsul ilə şirkət müştəriləri üçün Samsung cihazlarının ömürlərinin uzadılması üzrə geniş imkanları təqdim edir. Qeyd etmək lazımdır ki, Apple şirkətinin də bu cür xidməti təqdim edəcəyi barəsində məlumat keçən il ortaya çıxmışdı. Gözləntilərə əsasən Apple şirkətinin sözügedən xidməti bu ilin sonuna kimi istifadəyə veriləcək. Xidmətin ilkin mərhələsində istifadəçilər yalnız iPhone 12 iPhone 13 smartfonlarını fərdi şəkildə təmir edə biləcəklər. Bunun üçün lazımi detallar ilə təlimatlar isə şirkət tərəfindən satılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button