2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Samvel Babayanın həbsi: general “İqla” raketi ilə kimi vurmaq istəyirdi…

Qarabağdan olan keçmiş səhra komandiri, “İjo” hərbi ləqəbli Samvel Babayan Azərbaycan ərazilərinin işğalında əsas rol oynayanlardan biridir və atəşkəsdən sonra onunn əsas fəaliyyəti işğal altındakı ərazilərdə talançılığa başçılıq etmək idi. Dağlıq Qarabağın  “müdafiə naziri” postundan uzaqlaşandan sonra o, 2000-ci ildə separatçı rejimin rəhbəri Arkadi Qukasyana sui-qəd cəhdinə görə həbs edilib. Və maraqlı təsadüfdür ki, həmin həbs də martın 22-də həyata keçirilib. Babayana 14 il həbs veriblər, ancaq 4.5 il həbsdə qalandan sonra azadlığa çıxıb və Ermənistana gedib. Orada partiya qurub və biznesə başlayıb. Lakin çox keçmədən bu fəaliyyətlərini dayandıraraq Rusiyaya gedib. Babayan Rusiyadan ötən ilin aprel döyüşlərindən sonra qayıdıb, Ermənistan hakimiyyətini və Qarabağ rejimini tənqid etməyə başlayıb. Daha sonra bir müddət kölgəyə çəkilib və ardınca Ermənistanda seçki kampaniyasında fəallaşıb, Ohanyanın blokunu dəstəkləməyə başlayıb.
*   *   *
Maraqlıdır ki, Samvel Babayanın həbsindən əvvəl müxalif “Jamanax” qəzeti hakimiyyətin aprelin 2-də “Ohanyan-Raffi-Oskanyan” alyansının kölgə lideri olan keçmiş “Qarabağ müdafiə naziri”nin silahlı qiyam hazırladığı barədə məlumata malik olduğunu yazmışdı. Bildirilirdi ki, Samvel Babayan ötən ilin yayında İrəvanda polis alayı qərargahının tutulması ilə nəticələnən “Sasna tsrer” qiyamının yeni variantını hazırlayır və hakimiyyət bu planının bütün detallarını, proqramını bilir. “Ancaq hələlik heç bir tədbir görmür və heç kimi həbs etmir, ona görə ki, seçki ərəfəsində alyansın reytinqini qaldırmaq istəmir. Ancaq situasiya hər gün gərginləşir və hakimiyyət tərəfindən kəskin addımlar, o cümlədən həbslər istisna deyil”-qəzet yazıb.
Bundan əvvəl “Ohanyan-Raffi-Oskanyan” alyansının seçki mitinqində silahlı insident baş vermişdi və hakimiyyətin adamları keçmiş müdafiə nazirinin tərəfdarlarına avtomatdan atəş açmışdı. Buna cavab olaraq Samvel Babayan demişdi ki, əgər hakimiyyətdəkilər atəş açmaqda davam etsələr onlar da silaha əl atmalı olacaqlar. “Və bu zaman heç kim onları sağ tapa bilməyəcək”-Babayan xəbərdarlıq etmişdi.
*   *   *
“Ohanyan-Raffi-Oskanyan” seçki alyansı Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayanın həbsinin səbəbi barədə məlumatlı deyil. Bunu keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə deyib. “Samvel Babayan bizim ideya tərəfdaşımzdır, tərəfdarımızdır. Bu, alyansa qarşı davam etməkdə olan münasibətin nəticəsi ola bilər”-Ohanyan bildirib.
*   *   *
Ermənistan Milli Təhlükəsizlik Xidməti Gürcüstandan ölkə ərazisinə “İqla” daşınan zenit-raket qurğusunun gətirilməsi işi üzrə üç nəfərin, o cümlədən qondarma “DQR”in keçmiş “müdafiə naziri” general Samvel Babayanın həbs olunduğunu təsdiləyib.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti Gürcüstandan “İqla” zenit-raket qurğusu gətirənlərin Samvel Babayanın göstərişi ilə hərəkət etdiklərini bildirir. Lakin “İqla” raketinin ölkəyə gətirilməsində hansı məqsəd güdüldüyü barədə heç nə deyilmir.
Ermənistan mətbuatı isə Babayanın silahlıçevriliş planlaşdırdığını yazıb. Samvel Babayan keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi seçki blokunu dəstəkləyir.
*   *   *
Qarabağ separatçılarının keçmiş komandanı Samvel Babayan Ermənistanda hərbi çevriliş təşkili ittihamı ilə həbs olunub. Bu məlumatı “Hraparak” erməni qəzeti yayıb.
Nəşr əlavə edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti tezliklə bu xəbərlə bağlı ətraflı məlumat verəcəyini bildirib.
Bundan öncə Ermənistan MTX Gürcüstandan Ermənistana “İqla” (“İynə”) zenit-raket kompleksinin gətirilməsi cəhdi və bu kompleksi gətirməyə cəhd etmiş bir qrup şəxsin həbsi barədə xəbər yaymışdı. Qəzet Samvel Babayanın həbsini həmin hadisə ilə əlaqələndirir.
Bununla birlikdə, “Hraparak” digər erməni nəşri “Jamanaka” istinadla xəbər verir ki, Samvel Babayan silahlı çevriliş hazırlayırmış. Bildirildiyinə görə, silahlı çevriliş cəhdi palament seçkilərinə az qalmış baş tutmalı imiş. Seçkilər aprel ayının əvvəlinə nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button