2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

San Fransiskoda Rusiya konsulluğunun bacasından çıxan “qara tüstü” nədir?

“Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ hüquq-mühafizə orqanlarının Rusiyanın San Fransiskodakı konsulluğunda və bir sıra başqa diplomatik rezidensiyalarında axtarış aparmaq niyyətindən şikayət edib.” AzadlıqRadisounun müxbiri Mike Eckel-in reportajında belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sentyabrın 1-də sosial media postunda yazıb ki, adı çəkilməyən ABŞ agentlikləri sentyabrın 2-də sözü gedən diplomatik binalarda axtarış aparmağı planlaşdırır.

Bundan bir gün əvvəl ABŞ Dövlət Departamenti San Fransiskodakı konsulluğun və Nyu York və Vaşinqtonda Rusiyanın diplomatik missiyasına məxsus daha iki binanın bağlandığını elan etmişdi.

Eckel yazır ki, Dövlət Departamenti hər hansı axtarışların planlaşdırıldığı barədə sorğulara dərhal cavab verməyib.

Lakin AzadlıqRadiosuna göndərilmiş e-mail-də ABŞ rəsmisi yazır ki, binaların bağlanması barədə order sentyabrın 2-dən etibarən bu binalardan diplomatik, konsulluq və ya yaşayış məqsədilə istifadəni qadağan edir.

Rəsmi deyib ki, bu binalar bağlanacaq və onlara giriş icazəsi yalnız Dövlət Departamenti tərəfindən veriləcək.

Reportajda deyilir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından az sonra San Fransiskodakı Rusiya konsulluğu binasının bacasından güclü qara tüstünün çıxdığı müşahidə edilib və bura yanğınsöndürənlər gəlib.

Dövlət Departamentinin sözçüsü daha sonra Associated Press agentliyinə deyib ki, konsulluğun sobasında nə olduğu bilinməyən əşyalar yandırılır.

Zaxarovanın bəyanatında deyilir ki, diplomatik binalarda axtarış protokolun və toxunulmazlığın ciddi pozuntusu kimi qiymətləndirilə bilər.

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button