2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sanitar qovşağa görə töhmət alan müəllim danışır

Yayımlandı: 12 Yanvar 2023 15:32

Bir neçə gün öncə sosial şəbəkələrdə Leyla müəllimin məktəbi tənqid edən videosu trend oldu. İmişli rayon Aranlı kənd orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəbin sanitar qovşaq problemini işıqlandıraraq dərsləri boykot etmişdi. Müəllim bu etirazından sonra ona töhmət verildiyini deyir.

Saytların yığılması Saytlarin yigilmasi

“3 dənəsi var idi, sonra elə oldu ki, biri uçdu. Onu ləğv elədilər, oldu 2 dənə. İkincisi də uçmağa başlamışdı, pis günə qalmışdı, onu da mənim söz-söhbətimdən sonra bir az əl gəzdirdilər, oldu 2. Mən əsəbləşdim şagirdlərə dedim bu ayaqyolu artıq bərpa olunmalıdır da, yığışdıraq da bu söhbəti. Haçana qədər uşaqların valideynləri yenidən onlara paltar gətirəcək ki, müəllimə, geyindir, dərsinə davam elə. Elə oldu bu uşaq yenidən gəldi, valideynə zəng elədik ki, hörmətli valideyn, gəl, zəhmət olmasa, uşağ apar, amma tez qaytar. Niyə? Dedim, çünki narahatdı. Valideyn başa düşdü, gəldi. Elə oldu ki, o uşağa baxdım, narahat oldu, bu dedi ki, ay müəllim,mən getdim, qayıtdım. Niyə qayıtdın? Müəllim orda növbə çox idi, gedə bilmədim. Ondan sonra da artq əsəbləşdim, özümdən çıxdım, ağladım, video çəkiliş elədim. Çəkiliş zamanı orada bildirdim ki, mənim maaşımı kəssələr də, razıyam, təki bu problem həll olunsun, sonra biz birlikdə qayıdarıq. Onlar da mənə töhmət verdilər ki, sən dərsdə olmadığın üçün, amma halbuki ərizə də yazmışdım. Ərizəni də ona görə yazdım ki, mən rayona getdim, bununa bağlı söhbət aparmağa”, Leyla Nəcəfquliyeva deyir.

Leyla müəllimə məktəbin digər problemlərini də dilə gətirir. O deyir ki, 1970-ci illərdən istifadəyə verilmiş bu məktəbə hələ indiyə qədər bir mismar belə vurulmayıb. “Hər gün yeni problemlər üzə çıxır. Məktəbdə gördüyünüz ab-havanı, məktəb demək olarsa… Hamı bizim məktəbi görəndə xoşa gəlməyən ifadələr işlədir ki, sizin məktəb məktəb deyil. Məktəbimizdə olan problemləri gördüyünüz kimi işıqlandırmışam, bu cüzi işıqlandırma idi. Əvvəlki videolarımda da bu göz qabağındadır. Bu gün gördüyünüz bu şəraitdə sinif yalnız bizim sinifdir. Bu da valideynlərin və mənim dəstəyimlədir. Digər sinif otaqları bundan da bərbad gündədir. İstilik sistemi demək olar ki, yoxdur.

Hal-hazırda əllərim çox donub. Şəraitsiz yerdə dərs keçdiyimiz üçün uşaqlarda tez-tez bu problemər yaranır və mən də qərara gəldim ki, bu yayılsın”, müəllimə deyir. Məktəbin əlverişsiz şəraitindən şagirdlər də şikayətçidir.  

Mil-Muğan regional təhsil idarəsinin müdir müavini Rabil Şahbazovun dediyinə görə, məktəbin təmiri yaxın zamanlarda planlaşdırılır. Leyla müəllimə isə məktəbin problemləri həll olunana qədər susmayacağını deyir.   O həmçinin deyir ki, Leyla müəlliməyə məsələni ictimaişləşdirdiyinə görə töhmət verilməsi iddiaları əsassızdır. Mil-Muğan Regional Təhsil İdarəsinin yaydığı məlumata görə, ötən il qurumun tabeliyində olan 11 məktəbdə sanitar qovşaq yenilənib, yaxud təmir edilib. Həmçinin 13 məktəbdə mobil sanitar qovşaq quraşdırılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button