2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sanksiya altında olan “Taliban” zəlzələyə görə Qərbdən yardım istədi

“Şəhərlər, kəndlər dağılıb, ölənlərin sayı 1000 nəfəri ötüb”

“Taliban” Əfqanıstanda zəlzələdən ölənlərin sayı artdığı üçün yardım istəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Əfqanıstanın şərq hissəsində baş verən zəlzələ nəticəsində şəhər və kəndlər dağılıb, yüzlərlə insan həyatını itirib.

Açıqlamanı “Taliban” hökuməti yayıb.

Bildirilir ki, artıq ölənlərin sayı 1000 nəfəri ötüb. Onların zəlzələnin dağıdıcı təsirləri ilə mübarizədə beynəlxalq yardıma ehtiyacları yaranıb.

“The Guardian” yazır ki, müharibədən zərər çəkmiş əfqan xalqı hazırda həm də iqtisadi böhranla üz-üzədir.

Sərt islamçı rəhbərlik ötən il ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini ölkədən çıxarıb. Bundan sonra isə ölkə Qərbin sərt sanksiyaları ilə üzləşib.

Nəticədə Xost və Paktikada baş vermiş fəlakətlə məşğul olmaq üçün yetərli qabiliyyətlərinin olmadığını bildirirlər.

Ölkənin ali lideri Hibətullah Axundzadə bildirib ki, dağlarda, əlçatmaz ərazilərdə insan itkiləri ilə bağlı xəbərlər daxil olur.

Ölənlərin sayı durmadan artır və ehtimal var ki, iyunun 23-də daha da artacaq: “Zəlzələdən ziyan görmüş ərazilərə kömək etmək çətindir. Çünki güclü yağış nəticəsində baş vermiş qaya uçqunları və daşqınlar xilasetmə işlərinə mane olur”.

Xilasetmə qrupları və yerli əhali iyunun 23-də sağ qalanların axtarışını davam etdirir. Onlar əlləri ilə dağıntıları qazır, sağ qalanları çıxarmağa çalışırlar.

Paktikanın informasiya və mədəniyyət şöbəsinin müdiri Məhəmməd Əmin Huzeyfə deyib ki, insanlar məzar ardınca məzar qazır.

“Taliban” tərəfindən yayılan görüntülərdə sakinlərin ölüləri basdırmaq üçün uzun yarıq xəndək qazdığı görünür.

Huzaifa 1500-dən çox insanın yaralandığını, onların içində çoxunun vəziyyətinin ağır olduğunu söyləyib: “Hələ də dağıntılar altında qalan insanlar var”.

“Taliban”ın yüksək rütbəli rəsmisi Əbdül Qahar Balkhi hökumətin Sərhədsiz Həkimlər və Qırmızı Xaç kimi bəzi digər hökumətlər və yardım agentlikləri tərəfindən vəd etdiyi yardımı “təqdir etdiyini və alqışladığını” deyib.

Son baş verən zəlzələnin 5,9 bal gücündə olduğu açıqlanıb. Bunun son 20 il ərzində Əfqanıstanda baş verən ən ölümcül zəlzələ olduğu bildirilir.

“Hökumət, təəssüf ki, sanksiyalar altındadır. Ona görə də maddi cəhətdən insanlara lazım olan dərəcədə kömək edə bilmir”, – deyə “Taliban” açıqlayıb.

Açıqlamada bildirilir ki, beynəlxalq yardım böyük ölçüdə artırılmalıdır, çünki bu, onilliklər ərzində yaşanmamış ən dağıdıcı zəlzələdir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres qlobal agentliyin BMT rəsmiləri ilə zəlzələ bölgəsinə sağlamlıq qruplarının və dərman, qida, travma dəstləri və təcili sığınacaqların yerləşdirildiyini təsdiqləyərək kömək üçün “tam səfərbər olduğunu” söyləyib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Guterres qlobal agentliyin BMT rəsmiləri ilə zəlzələ bölgəsinə sağlamlıq qruplarının və dərman, qida, travma dəstləri və təcili sığınacaqların yerləşdirildiyini təsdiqləyərək kömək üçün “tam səfərbər olduğunu” söyləyib.

Avropa Birliyinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson “Twitter” hesabında yazıb: “Aİ vəziyyəti izləyir və təsirə məruz qalan insanlar və icmalara AB-nin təcili yardımını koordinasiya etməyə və göstərməyə hazırdır”.

Sərhədsiz Həkimlər Təşkilatı isə bildirib ki, onun Xost və Əfqanıstanın paytaxtı Kabildəki qrupları kredit dəstəyi ilə bağlı Taliban hökuməti və digər təşkilatlarla əlaqə saxlayır: “Biz bilirik ki, səhiyyə müəssisələrinin çoxu kifayət qədər resursla təmin olunmur və bu kimi təbii fəlakət təsirə məruz qalan ərazidə olanları son həddə çatdıracaq”.

Britaniya Qırmızı Xaç Təşkilatı isə komandalarının Pakistanla sərhədə yaxın bölgəyə ərzaq, dərman, yaşayış yeri, su və müvəqqəti sığınacaq göndərilməsini təşkil etdiyini söyləyib.

Əfqanıstanda fəaliyyət göstərən qeyri-kommersiya humanitar yardım təşkilatı olan “Intersos” fəlakətin əfqanlar üçün daha pis bir zamanda gələ bilməyəcəyini və təşkilatın “həkim və tibb bacılarının tezliklə təcili tibbi yardıma ehtiyacı olanlara dəstək olmaq üçün yola düşəcəyini söyləyib.

Fəlakət, sərt islamçı siyasətləri nəticəsində ölkəni böyük ölçüdə təcrid edən “Taliban” üçün böyük problem yaradıb.

Birləşmiş Ştatlar Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, iyunun 22-də zəlzələ səhər saat 1.30 radələrində, 10 km (altı mil) dərinlikdə, Xostdan təxminən 47 km cənub-qərbdə baş verib.

Zəlzələnin ocağı Xostdan 480 km aralıdakı – Pakistanın Lahor şəhərində hiss olunub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button