2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Sanksiyalar Rusiyanı kərpic-kərpic sökməyə başladı – “AvtoVAZ” dayanır

Rusiyanın “AvtoVAZ” şirkəti əməkdaşlarını 20 günlük korporativ məzuniyyətə göndərəcəyini açıqlayıb. Bu, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində zavodun istehsal etdiyi avtomobillər üçün elektron hissələrin tükənməsi ilə bağlıdır. Şirkətin yaydığı məlumatda deyilir ki, məzuniyyət aprelin 4-dən 24-nə qədər çəkəcək. “Bu qərar şirkətə imkan verəcək ki, komponentlərin zəruri ehtiyatlarını daha stabil iş prosesini təmin etmək üçün fırmalaşdırsın”, – məlumatda deyilir.

Şirkət İjevskdəki zavodunda işi aprelin 25-dən, Tolyattidəki zavodunda isə may ayından bərpa etməyi nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Əslində “AvtoVAZ” istehsalı martın 9-dan dayandırıb, çünki Qərbin sanksiyaları şirkəti istehsal etdiyi avtomobillər üçün ehtiyat hissələrinə çıxış imkanlarından məhrum edib. Minlərlə əməkdaş həmin gündən öz hesabına məzuniyyətə göndərilib. Bu haqda “Wall Street Journal” öz mənbələrinə istinadən yazmışdı, şirkət isə məlumatı indi təsdiqləyir.

“AvtoVAZ”ın əsas səhmdarı Fransanın “Renault” şirkətidir. Şirkətin Tolyattidəki zavodu bir sıra ehtiyat hissələrinin təchizatı baxımından “Renault” şirkətinin Rumıniyadakı zavodundan asılıdır. “AvtoVAZ” avtomobil hissələrinin 20 faizindən çoxunu, o cümlədən elektrik kabelləri üçün yuvacıqları və elektronika hissələrini idxal edir.

Udmurtiyanın birinci vitse-premyeri Konstantin Suntsov yerli KİV-lərə bildirib ki, hazırda LADA Vesta avtomobili üçün komplektləşdirici hissələrin sanksiyalara qoşulmayan ölkələrin hesabına təmin edilməsinə cəhd göstərilir. Onun sözlərinə görə, bu sahədə idxaldan asılılığı aradan qaldırmaq üçün azı iki il vaxt lazımdır.

Artıq Avropanın avtomobil istehsalçıları, o cümlədən avtomobillər üçün komplektləşdiricilər istehsal edən “Bosch” alman şirkəti “AvtoVAZ”la əməkdaşlığı dayandırıb. Bu isə LADA markalı avtomobillər üçün elektron blokların və digər hissələrin təchizatının pozulması deməkdir. Ekspertlərə görə, bu elektron hissələri Çindən almaq nəzəri olaraq mümkündür, amma Çin özü Rusiyanın avtomobil satışı bazarında yerini sürətlə möhkəmləndirir. Çin istehsalı olan avtomobillərin sanksiyalardan sonra Rusiya bazarına daha çox daşınması gözlənilir, bu baxımdan Çin Rusiyanın özünün avtomobil sənayesinin dirçəlməsində maraqlı olmayacaq.

24 saat” “Sanksiyalar Rusiyanı kərpic-kərpic sökməyə başladı – “AvtoVAZ” dayanır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button