2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Sarı zolaq” qadağası ləğv edildi: cərimənənlərin sayı açıqlandı

Bakıda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar avtomobillərin paytaxtın bəzi küçə və yollarında hərəkətinə tətbiq olunan məhdudiyyət başa çatıb.
APA-nın məlumatına görə, Bakı şəhərində sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda tətbiq olunmuş məhdudiyyətlər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün 12:00-dan ləğv olunub.
Qeyd edək ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.
Lakin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi məhdudiyyətin mayın 23-ü saat 12:00-da bitməsinə qərar verib.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, indiyə olan rəqəmlərə görə, mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi  Oyunları ilə bağlı çəkilən sarı zolaqlara daxil olan 1319 sürücüyə elektron protokol yazılıb.
V.Əsədov bildirib ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə bu gün saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur: “Həmin vaxtdan etibarən quraşdırılmış nişanların çıxarılması işlərinə başlanacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button