Loading...
Loading...
Siyasət

Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir.

Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq Qarabağla bağlı açıqlamalar verdi.

Ermənistan prezidenti Serj Sarkisyan da sammitdə iştirak edir. Sarkisyanın Brüsselə səfəri daha çox Avropa İttifaqıErmənistan arasında sazişim imzalanmasına hesablanıb. Lakin Rusiyanın təzyiqləri fonunda bunun baş tutacağı ehtimalı zəifdir.

Sarkisyanın bu gün Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə məcbur dəstək verəcəyi ehtimalı isə böyükdür. Söhbət sammitdə qəbul ediləcək qətnamədən gedir.

Məlumatlara görə, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq və Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son dövrlər Avropada Kataloniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.

Ermənistan mediası yazır ki, bu, İrəvana qarşı böyük zərbə olacaq.

“Bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir”, – deyə “Jamanak” qəzeti yazıb.

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button