2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sarkisyan generallar arasında yeni “təmizləmə” aparacaq

Ermənistanın müdafiə sistemində yeni istefalar gözlənilir.

Virtualaz.org xəbər verir ki, bu barədə “İrates” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, işlərində yol verdikləri nöqsanlara görə Ermənistan Müdafiə Nazirliyinin bir sıra rəsmiləri yaxın vaxtlarda öz vəzifələri ilə vidalaşacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

“Öz vəzifəsindən uzaqlaşdırılacağı gözlənilənlər arasında inkişaf texnologiyaları sferasının mütəxəssislərilə bağlı bir sıra nöqsanlara yol vermiş Müdafiə Nazirliyinin Hərbi sənaye idarəsinin rəisi Murad İsaxanyan da var.

Mənbənin məlumatına görə, başqa sferalarda da işdən çıxarılan məmurlar olacaq. Həm də istisna edilmir ki, növbə böyük “akula”lara da çatacaq. Ancaq bu günlərdə ölkə rəhbərliyi sərhəddə gərginliyi nəzərə alaraq belə addımlara getməyəcək. Bununla belə, vəziyyət sabitləşdirilən kimi kadr təmizləmələri mərhələsi başlanacaq, – “İrates” yazır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan erməni ordusunun aparıcı generallarını işdən çıxarıb. Qarabağda dördgünlük müharibənin gedişatında Ermənistanın ağır məğlubiyyətinə gətirib çıxardığına görə, hərbi komandanlıq səhlənkarlıqda və lazımlı hazırlığın olmamasında ittiham edilib…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button