2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Sarkisyan məhkəmə önünə çıxarılır

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan fevralın 25-də Yerevanda məhkəmə önünə çıxarılır. O, ittiham olunduğu irimiqyaslı korrupsiya maddələrini siyasi motivli hesab edir.

65 yaşlı Sarkisyan və daha dörd təqsirləndirilən Yerevan Birinci İnstansiya Məhkəməsində mühakimə olunacaqlar. Sarkisian 10 illik hakimiyyətdən sonra, iki il öncə kütləvi etirazlar nəticəsində vəzifədən getməli olub.

Saytların yığılması Saytlarin yigilmasi

Ona dekabrda ittiham irəli sürülüb, 489 milyon dram ( 1milyon dollardan artıq) dövlət vəsaitinin “mənimsəmə” sxeminin koordinasiyasında ittiham olunur. Həmin vəsait 2013-cü ildə fermerlərə subsidiyalı dizel yanacağının verilməsi üçün ayrılıbmış.

Keçmiş prezident təqsirli bilinərsə, səkkiz il həbs cəzasına məhkum edilə bilər.

İttihamda deyilir ki…

Xüsusi İstintaq Xidməti (XİX) iddia edir ki, Sarkisian hökumət tenderini özünün çoxdankı dostu, biznesmen Barsegh Beglarian-a məxsus şirkətin xeyrinə saxtalaşdırıb. Halbuki, başqa bir yanacaq idxalçısı daha aşağı qiymət təklif edirmiş.

Barseghian, keçmiş kənd təsərrüfatı naziri Sergo Karapetian, onun keçmiş müavini Samvel Galstian və başqa bir keçmiş məmur da təqsirləndirilir.

Şübhəlilərin hamısı ittihamları rədd edirlər. Onların heç biri barəsində həbs qətimkan tədbiri seçilməyib.

Sarkisian və Ermənistanın Respublikaçı Partiyası (HHL) bildirir ki, keçmiş prezident Baş nazir Nikol Paşinyanı açıq şəkildə tənqid etdiyi üçün təqib olunur.

2008-2018-ci illərdə Ermənistanı idarə etmiş Sarikisyan 2018-ci ilin aprel etirazları nəticəsində istefa verəndən sonra “kölgəyə çəkilib”.

Paşinyan hakimiyyətə gəlməmişdən öncə də, sonra da dəfələrlə Sarkisian-ı, onun ailəsini və siyasi ətrafını korrupsiyada ittiham edib.

Azadlıq radiosu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button