2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Sarkisyana hiddət səngimir – Yeni qiyam yetişir

Serj Sərkisyan “Sasna tsrer” təşkilatının iki həftə ərzində ölkədə yaratdığı iflic vəziyyətin düzəldiyini bəyan edib. O, problemin qansız-qadasız başa çatmasını az qala böyük zəfər olaraq qeyd edib. Amma erməni lider, bununla belə, iki polisin öldürülməsi faktını, deyəsən, unudub.

Ermənistan prezidentinin bu nitqini öz yaxın çevrəsi ətrafında etməsi müxalif mətbuat tərəfindən hiddətlə qarşılanıb. Mətbuat bu çağırışla Sərkisyanın öz ətrafına birlik mesajı verdiyini bildirir. Ölkə jurnalistləri Sərkisyanın jurnalistlərdən üzr istəməsini anlamadıqlarını bildiriblər. Onların fikrincə, Sərkisyanın döyülən, əzilən, gözü çıxarılan mitinqçilərin əvəzinə məhz jurnalistlərdən üzr istəməsi riyakarlıq əlamətidir.
Müxalifət Serj Sərkisyanın Ermənistanda milli etimad hökumətinin qurulacağı barədə sözlərini da tənqid edib. Siyasi opponentlər bir neçə ay sonra Ermənistanda parlament seçkilərinin keçiriləcəyini və hökumətin bu seçkilərin nəticələrinə uyğun qurulacağını xatırladıblar. (Yeni konstitusiyaya əsasən, Ermənistan parlament respublikası elan edilib-red.) Onlar Sərkisyanın bu sözlərlə seçkilərin nəticələrini indidən müəyyənləşdirdiyini, yəni seçkilərin saxtalaşdırılmasına hazırlaşdığını bildirirlər.
Sərkisyanın bəyanatındakı mühüm məqamlardan biri də  onun “bəzilərinin kresloya can atması və bundan ötrü İrəvanı Beyruta və ya Hələbə çevrimək istəyənlər” barəsində dedikləri olub. Yerli mətbuat bununla Jirayr Səfilyanın Beyrutda dünyaya gələn Livan ermənisi olduğuna işarə edildiyini bildirir.
“Maraqlıdır, Hələbdəki kimdir? Bəlkə Sərkisyan onu devirmək istəyən və Ermənistan siyasi meydanında fəaliyyət göstərən başqa qüvvələri nəzərdə tutur”, – deyə armenianreport saytının şərhçisi Aram Amatunı yazır…
Ermənistan mətbuatı həmçinin son hadisələrdə Rusiyanın qızışdırıcı və qərəzli rol oynadığını yazır. Jurnalist Tevos Arşakyan “Putin, sənin qulun biz deyil, Serj Sərkisyandır” adlı məqaləsində Rusiyanın erməni xalqının başına gələn bütün bədbəxtliklərin baiskarı olduğunu qeyd edib.
“Müttəfiqimiz heç bir vicdan əzabı çəkmədən erməni torpaqları (?!) (işğal edilmiş Azərbaycan əraziləri-red.) ilə alver edir və Azərbaycanı qızışdırır, ona dərs keçir. Bütün bunların fonunda erməni cəmiyyətində artıq qəzəb və qızğınlıq bir-birinə qarışıb. Bura Sərkisyan rejiminə nifrət, güc strukturlarının hərəkətlərindən iyrənmək, Ermənistanın KTMT (Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı) və Avrasiya İttifaqındakı müttəfiqlərinin Azərbaycanın hücumları qarşısındakı susqunluğu da aiddir” – Arşakyan yazır və davam edir: “Moskvada bir şeyi anlamırlar ki, onların qulu Sərkisyandır, ermənilər yox”.
Tevos Arşakyan Varujan Avetisyanın sözlərinə qüvvət verərək Ermənistanın Rusiyaya qarşı milli azadlıq hərəkatına başlamalı olduğunu bildirib.
Ermənistan parlamentinin deputatı Zarui Postancyan isə Ermənistanın 1-ci informasiya saytına (1in.am) verdiyi müsahibədə ““Sasna tsrer” təşkilatının ələ keçirdiyi yüksəklikləri qəsbkarlara verməyəcəklərini” söyləyib. Erməni deputat qəsbkarlar dedikdə təbii ki, Sarkisyan rejimini nəzərdə tutub.
“Bizim düşmənə verəcək heç nəyimiz yoxdur. Hazırda mən atışmada yaralanan insanların tezliklə sağalmasını arzu edirəm ki, yenidən gəlib mövqeləri ələ keçirsinlər. Həmin gün (mitinqin dağıdıldığı gün nəzərdə tutulur-red.) Ermənistan hakimiyyəti vətəndaşlarına qarşı terror aktı həyata keçirib. Baş terrorçu (Serj Sərkisyan) əmr edib, bu əmri isə Ermənistan polis rəisinin müavinləri Levon Yeranosyan və Aşot Karapetyan icra ediblər. Bu cinayətkar rejimdən qurtulmaq uğrunda bizə Pavel Manukyan kimilərin qayıtması vacibdir”, – deyə Postancyan hətta lazıım gəlsə, Sərkisyana qarşı qanlı mücadilənin istisna edilməyəcəyinə işarə vurub.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button