2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şarl Mişel Əliyev və Paşinyanla danışıb

Martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Şarl Mişel tvitter səhifəsində məlumat paylaşıb.

Avropa İttifaqı Şurasının Prezidenti telefon danışığı zamanı bölgədəki son vəziyyəti müzakirə olunduğunu bildirib. Həmçinin əlavə edib ki, Avropa İttifaqı ölkələrinin normallaşma prosesini və regionda sülh və sabitliyi inkişaf etdirməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

Azadtutyn-un Ermənistan baş nazirinin informasiya aparatına istinadla yazır ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması prosesi, sülh müqaviləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Paşinyan son vaxtlar Azərbaycanın sabitlik və sülh səylərinə mane olan aqressiv ritorikasından və təxribat xarakterli hərəkətlərindən narahat olduğunu bildirib.” xəbərdə deyilir.

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılıb. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirdilər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir. Hərçənd Fransa rəsmiləri də hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button