Loading...
Loading...
SEÇMƏ

“Şarl Mişelin Qarabağla bağlı bəyanatında əlavə məna axtarılmamalıdır”

“Bu bəyanat riyazi tənlik deyil, diplomatik ifadədir”

Avropa İttifaqı Şurası Prezidentinin mətbuat katibi ErmənistanAzərbaycan dövlət başçılarının 22 may Brüssel görüşündən sonra baş verənləri spekulyasiya adlandırıb və bundan təəssüfləndiyini deyib.

Bu barədə Şarl Mişelin mətbuat katibinin yaydığı bəyanatda bildirilir.

Xəbəri “Turanyayıb.

Tərəflərə çağırış edilir ki, münaqişəyə ilə bağlı terminologiyaya həssas yanaşılsın:

Prezident Şarl Mişelin liderlərin 22 may görüşünün yekunlarına dair bəyanatı heç bir şəkildə müzakirələrin əvvəlcədən müəyyən edilmiş nəticəsinin təqdiri kimi şərh edilməməlidir. Nəticə etibarilə, ən vacibi odur ki, bütün məsələlər hərtərəfli həll olunsun. Bu, bütün əhali qruplarının hüquq və təhlükəsizliyini özündə ehtiva edir”.

“Mayın 22-də Brüsseldə regionun açılması imkanları xüsusilə müzakirə olunub. Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib. Əksinə, spekulyasiyalar təəssüf doğurur”, – deyə bəyanatda qeyd olunub.

Bəyanatda Şarl Mişelin mayın 24-də hər iki ölkənin sərhəd komissiyalarının ilk tarixi iclasını alqışladığı bildirilir:

“Ermənistanla Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün həll edilməmiş bütün məsələlərin həlli vacibdir. O cümlədən, gələcək sülh müqaviləsinin irəliləməsi və münaqişənin köklü səbəblərinin aradan qaldırılması da. Şarl Mişelin fikrincə, Dağlıq Qarabağda birinci müharibəyə, eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına gətirib çıxaran bütün əsas problemlər möhkəm və ədalətli sülhə şərait yaratmaq üçün bütün əlaqədar tərəflər vasitəsilə həll olunmalıdır”.

Mətbuat katibi Prezident Mişelin əhalinin sülhə hazırlanmasının vacibliyini və bu baxımdan ictimai ritorikanın birinci dərəcəli rol oynadığını da vurğuladığını qeyd edib:

“O, Yerevanla Bakı rəhbərliyini alqışlayıb və danışıqların davam etdirilməsi üçün əlverişli atmosferin yaradılması üçün vicdanla işləmək niyyətində olduğunu bildirib. Həmçinin Avropa İttifaqının inam tədbirlərinə dəstəyini artırmağa hazır olduğunu deyib. Yaxın günlərdə Avropa İttifaqının xüsusi nümayəndəsi Klaar müzakirə olunan bütün aspektləri izləmək üçün regiona səfər edəcək”.

Siyasi şərhçi Zərdüşt Əlizadə Meydan TV-yə deyib ki, açıqlamada hər şey aydın yazılıb:

“Mətbuat katibi deyir ki, tərəflər bu cümlələrdə ifadə olunmuş fikirlərdən əlavə hansısa məna axtarmasınlar. Yəni ermənilər qəzənləniblər ki, cənab Mişelin bəyanatında niyə Artsaxın adı, statusu yoxdur. Avropa İttifaqı da cavab verir ki, bəli, yoxdur, çünki danışıqlar konkret aparılıb, hansısa nəticələr də əldə olunub. Bundan əlavə şeylər axtarmaq lazım deyil. Bu bəyanat riyazi tənlik deyil, diplomatik ifadədir, tərəflərə lazım olan fikirlər də əks olunub”.

Əlizadənin sözlərinə görə, ErmənistanAzərbaycanın Mişelin bəyanatında əlavə məna axtarmasına ehtiyac yoxdur, çünki olmayan şeyi tapmayacaqlar:

Gözdən qaçırmayın:  Tural Sadıqlı: “Həyatım ciddi təhlükədədir, ölümlə hədələnirəm”

“Hansı məsələlər müzakirə edilibsə, bunları da ifadə ediblər. Həm də həmin məsələləri dövlət başçıları ilə razılaşdırıb gündəlik tərtib ediblər. İndi ölkələrin daxilində nəyisə təxmin edib axtarmaq mənasızdır”.

Siyasi şərhçi Şahin Cəfərli bəyanatda “bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı eksterritorial iddiaların olmamasını təsdiqləyib” cümləsinə diqqət çəkib.

O deyib ki, söhbət Zəngəzur yolundan, yaxud dəhlizindən gedir:

“Bu cümlənin açması odur ki, Azərbaycan tərəfi Zəngəzur ərazilərini ilhaq etmək, Ermənistan dövlətinin suverenliyini pozmaq kimi iddiası olmadığını bəyan edib. Sadəcə, Azərbaycan həmin ərazidən Naxçıvana və ordan da Türkiyəyə çıxış üçün kommunikasiya kimi istifadə etmək istəyir”.

Şahin Cəfərli Şarl Mişelin bəyanatının açıq və konkret olduğu qənaətindədir:

Şahin Cəfərli Şarl Mişelin bəyanatının açıq və konkret olduğu qənaətindədir:

“Sənəddə Dağlıq Qarabağ adı çəkilmir və hər hansı statusdan da bəhs olunmur. Sadəcə, Qarabağın yerli erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması qeyd edilib. Bu da Azərbaycanın rəsmi mövqeyilə təzad təşkil etmir. Çünki rəsmi Bakı dəfələrlə bildirib ki, Konstitusiyada nəzərdə tutulan bütün hüquqları ermənilərə verməyə, mədəni muxtariyyat hüquqlarını da təmin etməyə hazırdır. Təbii ki, Ermənistanda da müxalifət o cümləyə istinad edərək Paşinyanı növbəti dəfə xəyanətdə ittiham edir”.

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüylə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçüncü görüşü olub.

Görüşdən bir gün sonra Ş.Mişel görüşün yekunlarına dair mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button