2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Satirik şair Tofiq Həsənlinin səhhətində problem yaranıb

Saytların yığılması Saytlarin yigilmasi
Tofiq Həsənli
Tofiq Həsənli.

”Ürək nahiyyəsində kəskin ağrıları var”

Martın 28-də vəkil Elçin Sadıqov 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan satirik şair Tofiq Həsənli ilə görüşüb. Məlumatı Meydan TV-yə Elçin Sadıqov verib. O, şairin psixoloji cəhətdən möhkəm, səhhətində isə bəzi problemlərin olduğunu deyib: 

“Hər kəsə salamı var. Onu psixoloji cəhətdən möhkəm gördüm. Ancaq səhhəti ilə bağlı eyni şeyi deyə bilməyəcəyəm. Ürək nahiyyəsində kəskin ağrılardan əziyyət çəkir. Müəssisə daxilində müalicə oluna bilmir”.

Vəkil Tofiq Həsənlinin müalicəsi ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəklərini də bildirdi. 

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Tofiq Həsənli “Facebook” və “Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayınlanan “Azərbaycan saatı” proqramında tənqidi şerləri oxunurdu.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button