SEÇMƏ
Şatunovun ölümündən sonra yeni mahnısı təqdim olunub
Yayımlandı: 30 İyun 2022 16:05
Dostları onun son ifasını yayımlayıblar
“Ласковый май” qrupunun keçmiş solisti Yuri Şatunovun “YouTube” kanalında ölümündən öncə oxuduğu son mahnısı yayımlanıb.
“Каждому свое” adlı mahnı müğənninin yeni albomuna daxil ediləcəkdi.
Şatunovun ölümündən sonra mahnının ayrıca paylaşılmasına qərar verilib.
Mahnıda Şatunov özünü bu dünyanı tərk edən quşla müqayisə edib.
Hazırda mərhumun dostları bu mahnı ilə bağlı təqdimat mərasimi təşkil etməyi planlaşdırırlar.
48 yaşlı Yuri Şatunov iyunun 23-də ürək çatışmazlığından vəfat edib.
Müğənni iyunun 28-də Moskvanın Troyekurov qəbiristanlığında dəfn edilib.