Loading...
Loading...
SEÇMƏ

“Savaşçı”da çəkilən azərbaycanlının qətlə yetirildiyi bildirilir

Onun baş nahiyəsindən güllə yarası aldığı iddia olunur

İstanbulun Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfərin yaralandığı deyilir.

Türkiyə mətbuatının yazdığına görə, xəsarət alanlardan biri azərbaycanlı Kamran Dadaşzadədir.

Silahlı toqquşma zamanı təsadüfən hadisə yerində olduğu bildirilən Kamran Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb.

Kamran Dadaşzadə 1969-cu ildə Sumqayıtda doğulub.

2018-ci ildən Türkiyədə bir neçə serialda çəkilib.

O, “Savaşçı” serialında (2017-2021) polkovnik Cəvhər Hacıbəyov (albay Cevher Hacıbeyov) rolunu canlandırıb.

Serialda həmçinin rejissorlar Kənan MM (Mahmudov) və Elvin Əhmədov da çəkilib.

Vəziyyəti ağır olan aktyorun vəfat etdiyi deyilir.

Meydan TV

Gözdən qaçırmayın:  “Tərtər işi”: “Onlar 1 yaş yarımlıq övladımın kürəyinə ayaq qoymuş insanlardır”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button