2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Savchenko deputatlara xəbərdarlıq elədi

Mayın 31-i ukraynalı pilot Nadia Savchenkonun “Batkivşina” partiyasından deputat kimi Ali Radada ilk iş günü olub.

Parlamentin sədriAndrey Parubiy sesiyanın açılışında mayın 25-i-Ukraynanın Milli Qəhramanı Nadia Savchenkonun Rusiya əsirliyindən azad olunduğu günü tarixi gün adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyada 22 il həbsə məhkum edilən Savchenko azad olunmasında əli olanlara təşəkkür bildirib.

O, Ukraynanın müdafiəsi uğrunda yaxınlarını itirən soydaşlarından üzr istəyib və deputatlara bunları deyib: “Mən sizin, bu kürsülərdə oturanların, Maydanda Ukrayna uğrunda qurban gedənlər və bu gün Donbasda vətən uğrunda ölənləri unutmanıza yol verməyəcəyəm”.

Savchenko qeyd edib ki, he çnə, heç kim unudulmayıb və heç nə bağışlanmayıb: “Ukrayna xalqı ona xəyanət edənlərin bu kürsülərdə oturmasına imkan verməyəcək. Ukrayna hər şeydən alidir. Və Ukrayna bu zalda oturan hər birimizin həyatından üstündür”.

Savchenko parlamentdə ilk çıxışını milli himni oxumaqla yekunlaşdırıb və vəd elədiyi kimi trubunadakı şəklini çıxararaq onun yerinə Rusiyada həbsdə olan və Ukraynada siyasi məhbus hesab olunan ukraynalıların plakatını vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button