Loading...
Loading...
SEÇMƏ

“Saxta COVİD pasportuna meyilliliyin əsas səbəbləri…”

Sual: Doktor, Azərbaycanda insanlar niyə peyvəndlənmədən ehtiyat edərək, rüşvətlə saxta COVİD pasportu əldə etməyə çalışırlar? 

Cavab: Peyvəndlər haqqında lap əvvəldən insanlar arasında əsası olmayan şayiələr yayılıb. Bir sıra hallarda da insanlar peyvəndlənmə vaxtı virusa yoluxurlar, bildiyimiz kimi, peyvənd yalnız ikinci dozadan dörd həftə sonra qorumağa başlayır, nəticədə yoluxan şəxslər peyvəndin 1-ci dozasından sonra xəstələnirlər və bunu peyvəndlə əlaqələndirirlər. Və belə hal qohum tanış arasında yayılır. Əhali tərəfindən saxta pasporta meyilliliyin əsas səbəbləri əsasən bunlardır. 

Sual: Sizcə, bu birbaşa hökumətə, TƏBİB-in qərarlarına və ya səhiyyə sisteminə olan inamsızlıqdan irəli gəlir? Yoxsa başqa səbəbləri var? 

Cavab: Dövlətə, səhiyyə sisteminə inamsızlıq tendensiyası hazırda bütün dünyada müşahidə edilir. Avropa ölkələrində də karantin əleyhinə nümayişlərin tez- tez şahidi oluruq. Bizim ölkədə də inamsızlıq çoxdur, yəqin ki, xeyli maarifləndirməyə ehtiyac var.

Sual: Amma adi bir tibb bacısı özbaşına saxta COVİD pasportu verməyə  cürət etməz. Çox güman ki, saxta pasport verənlərin arxasında kimlərsə dayanır. Bu kimi fikirlər ictimaiyyət arasında, sosial şəbəkələrdə xeyli yayılıb. Sizcə, bu maxinasiyanın, rüşvətin arxasında kimlər dayanır? 

Cavab: Saxta pasport verməyə qarşı mübarizə hazırki kritik dövrdə çox ciddi məsələdir. Əslində dövlət tərəfindən buna çox ciddi nəzarət var. Məsələn, vaksinasiya ilə əlaqəli klinikalarda DTX, Polis, xəstəxana rəhbərliyi nəzarət edir. Görünür bəzi klinikalarda nəzarət məsələsində müəyyən boşluqlar var və bunun da nəticəsi məlum neqativ hallara gətirib çıxarır. Bəzi hallarda belə saxtakarlıqlar elə tibb bacıları tərəfindən, bəzi hallarda da xəstəxana rəhbərliyi səviyyəsində olunur. Bunu hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumatlarda da görürük.

Sual: Doktor, son vaxtlar koronavirus infeksiyasına yoluxanlarının sayının və yoluxanlar arasında ölüm hallarının artmasının səbəbi nədir? Bir çox ekspertlər sosial mediada haqlı olaraq hazırki vəziyyəti ötən ilin anoloji dövrü ilə müqayisə edirlər. Ötən ilin bu vaxtlarda  ölkədə peyvəndlənmə yox idi,  amma xəstəliyə yoluxma və ölüm halları xeyli az idi. Peyvəndlənmədən sonra niyə bu qədər yoluxma baş verir ki? Bunun sirri nədir?

Gözdən qaçırmayın:  Sanksiyalardan bizə nə çatacaq?

Cavab: Son vaxtlar yoluxma sayında sürətli artımın bir neçə səbəbi var: Delta variantı ( bu variant 40-60% daha sürətli yayılır), toyların açılması ( sizin də bildiyiniz kimi toylarda öpüşmə, görüşmə halları çox olur, maska taxılmır və sosial məsafəyə əməl etmək mümkün deyil), əhali arasında maska taxılmasına qarşı laqeydlik və buna dövlət nəzarətinin zəifləməsi. Bütün bunlar öz sözünü deyir və nəticədə sürətli artımın şahidi olduq. Hazırda Məhərrəmlik ayı ilə əlaqədar toylar az keçirilir və artma sayına görə maska taxılması bir qədər ciddiləşib və yoluxma sayında nisbətən stabillik yaranıb. Nəzərə almalıyıq ki, ötən il bu vaxtı ciddi karantin rejimi var idi. Buna görə epidemioloji vəziyyət daha yaxşı idi.

Sual: Azərbaycanda xəstəliyin qarşısını almaq üçün nəyi düzgün, nəyi yanlış edirlər?  Xəstəliyin qarşısının alınması üçün, eyni zamanda etimad mühiti yaratmaq üçün sizin təklifləriniz nədən ibarətdir? 

Cavab: Mənim fikrimcə, peyvəndlənmə vaxtı yaxma testi ilə bərabər qan analizi də əsas götürülməli idi. Qan analizində antitelləin təyin olunması toplum immunitetinin göstəricisidir. Vaksin ilk növbədə immuniteti olanlar ( xəstəliyi keçirmişlər) xaric şəxslərə vurulmalı idi. Yəni peyvənd ilk növbədə virusla təmasda olmayanlara vurulmalı idi və bununla daha çox effektiv olacaqdı. Amma indi peyvənd olunanların xeyli hissəsi qeydiyyata düşməyərək xəstəliyi keçirənlərdir. Əvəzində virusla heç təmasda olmayanlar kənarda qalıb. Peyvəndləmə üçün tv-də xüsusi maarifləndirici çarxlara ehtiyac var, insanlar şayiələrə inanmağa daha meyilli olurlar, ancaq maarifləndirmə ilə bunun qarşısına keçmək olar.

Kamran Mahmudov

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button