Saxta pasport verən polis inspektoru həbs edildi
Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov vəzifəsində azad edilib.
Daxili İşlər Nazirliyində 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan xəbərlər isə təkzib edilib.
Şahin Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub. Bu barədə DİN mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.
“Nazirliyin nüfuzuna və polis adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə Şahin Əhmədov daxili işlər orqanlarında tutduğu vəzifəsindən və daxili işlər orqanlarında xidmətdən azad olunub. Faktla bağlı araşdırma müddətində materiallar toplanıb. Hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib”.
DİN rəsmisi nazirliyin 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
Qeyd edək ki, yayyılan məlumatlarda bildirilirdi ki, aşdırmalar zamanı DİN Baş Pasport idarəsinin çoxsaylı xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyi aşkar edilib.
Qanunsuz əməllərin üstü açıldıqdan dərhal sonra sözügedən idarənin 10-dan artıq yüksək vəzifəli zabiti həbs olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
Orxan Mansurzadə isə bildirib ki, yayılan məlumatlar şişirdilmiş və əsassızdır.
Maraqlı xəbərlər üçün Az24saat.orgFACEBOOK səhifəmizi izləyin