2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİqtisadiyyat

Saxta şirkətlərə və saxta səhmdarlara nə audit?

Azərbaycanda audit yalnız gerçək bazar münasibətləri olsa effekt verə bilər

Dünyanın ən nəhəng audit şirkətlərindən biri olan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin (“PricewaterhouseCoopers Audit Azerbaijan LLC”) rəhbəri, PwC-nin idarəedici partnyoru Mövlan Paşayevin müsahibəsinə rast gəldik. APA-ya müsahibədə M.Paşayev ölkə iqtisadiyyatı ilə bağlı bir çox məsələlərə toxunub, indiki vəziyyətdə auditə, xüsusilə dünya çapında tanınan şirkətlərin xidmətlərinə marağın hansı səviyyədə olması, şirkətlərin çağırışlara reaksiyası barədə söz açıb. Əslində müsahibədə qaldırılan məsələlər düz və əsaslıdır. Amma Azərbaycanda auditə real “münasibət” necədir və bu cür “münasibətin” formalaşmasına gerçək səbəb nədir?
Şübhəsiz ki, bu sahədə əsas problemlər olan korrupsiya, rüşvət və inhisara toxunmamaq olmur. Azərbaycanda hazırda elə bir iqtisadi sistem formalaşıb ki, iqtisadiyyatın inkişafına kömək edən alətlərdən istifadə mümkünsüzdür.
Əlbəttə audit bazar iqtisadiyyatı şəraitində olduqca böyük əhəmiyyət kəsb edən mexanizmlərdən biridir. Audit şirkətlərin fəaliyyətinin şəffaflığının təmin olunmasında çox mühüm bir amildir. Eyni zamanda müstəqil auditin bu işi görməsi vacibdir. Çünki müstəqil audit şirkətləri də bu işin peşəkarı olmağı özləri üçün vacib bilirlər. Çünki onların “çörəyi bundan çıxır”.
Audit – bazar iqtisadiyyatının yaratdığı bir mexanizmdir. Audit şirkətlərin idarə olunması üçün böyük əhəmiyyət kəsb edir. Audit şirkətlərin səhmdarları üçün ona görə vacibdir ki, məhz müstəqil auditin apardığı işin nəticələri onlarda şirkətin maliyyə vəziyyəti ilə bağlı aydın təsəvvür yaradır. Bu eyni zamanda potensial səhmdarlar üçün də böyük əhəmiyyət kəsb edir. Bir sözlə, audit şirkətin özünün inkişafı üçün də müstəsna amildir.
Əvvəldə qeyd etdik ki, audit bazar iqtisadiyyatının formalaşdırdığı institutdur. Gerçək bazar münasibətləri şəraitində, yəni azad rəqabət şirkətləri şəffaf şəkildə fəaliyyət göstərməyə vadar edir. Bu işdə də audit olduqca böyük rol oynayır. Şirkətlərin idarə olunmasından tutmuş, səhmdarlara və potensial səhmdarlarla münasibətlərdə müstəqil audit şirkətlərin həyata keçirdikləri yoxlama ən başlıca məsələdir.
İndi görək Azərbaycan şəraitində auditə münasibət necədir? Azad bazar münasibətlərinin yalnız bəzi elementlərinin olduğu Azərbaycan şəraitində iqtisadi azadlıqlara münasibət necədirsə, təbii ki, auditə də münasibət eyni cürdür. Korrupsiya və inhisarın görünməmiş səviyyədə mövcudluğu iqtisadi inkişafda mühüm rol oynayan audit amilinə imkan verə bilməz. Gerçək bazar münasibətləri şəraitində şirkət səhmdardan, alıcıdan, xidmətlərdən istifadə edəndən asılıdır. Bu halda şirkətlər bu tip mexanizmlərdən istifadə etməyə sadəcə məcburdur. Azərbaycan şəraitində isə korrupsiya və inhisar bazar iqtisadiyyatını istisna edir. Azərbaycanda bazar şərtlərini inhisarçılar müəyyən edir. Belə baxanda Azərbaycanda bazar iqtisadiyyatı münasibətləri baxımından da şirkətlər saxtadır. Azərbaycanda audit yalnız gerçək bazar münasibətləri olsa effekt verə bilər. Ona görə iqtisadiyyat inkişaf etmir. İqtisadiyyat tam şəkildə neftdən asılıdır. Neftin qiymətinin düşməsi istisadiyyatda ciddi problemlər yaradır.
Hətta dövlət şirkətləri də auditdə maraqlı deyillər. Çünki dövlət şirkətlərinin fəaliyyəti iqtisadiyyatın inkişaf etdirilməsindənsə, daha çox iri büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir.
Azərbaycanda mövcud olan audit şirkətləri və onların fəaliyyəti də real nəticələri deyil, saxta göstəriciləri ortaya qoyur.

Saytların yığılması Saytlarin yigilmasi

Xəyal

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button