2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Saxta vətənpərvərlərin səsi niyə batıb?

İlham Hüseyn

Yaxud, Milli Şuranı «Rusiya proyekti» adlandıranların Rusiya sevgisi

Həqiqətən də ağ rəng qara ləkə götürmür, zaman ən böyük hakimdir, bütün yalanlar məğlub olmaq üçün doğulur, haqq nazilsə də üzülmür.

Saytların yığılması Saytlarin yigilmasi

Yəqin ki, hamının yadındadır. Milli Şura yarananda saxta vətənpərvərlər, hökumətin sözçüləri bu qurumu “Rusiyanın proyekti” kimi təqdim etdilər. Hökumət mətbuatı, telekanallar Milli Şuranı Azərbaycan maraqlarını Rusiyaya satmaqda, Rusiyanın sifarişini yerinə yetirməkdə ittiham edirdilər. Hətta gecə-gündüz təbliğat aparırdılar ki, Milli Şura Rusiyanın əliylə Azərbycanda çevriliş planı hazırlayır.  Yəni, Milli Şuranı gözdən salmaq üçün bütün ləyaqətsizliyə imza atdılar.

Bəli, bütün fəlaiyyətləri boyu Rusiyanın qarşısında təzim edənlər, Rusiyanın təcavüzkar siyasətinə etiraz edənləri “Rusiya kartı” ilə vurmağa başladılar. Təbii ki, bu “təbliğat” öz məqsədinə çatmadı və sonrakı mərhələ də göstərdi ki, Rusiya bu xalqın yox, bu hökumətin “böyük qardaş”ıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi bəzi vətənşüvənlər də  “milli maraq” deyib ortalığa düşmüşdü və Rusiyaya “od” püskürüdü.

Bütün bunları ona görə xatırlatdıq ki, Milli Şuranı “Rusiya proyekti” adlandıranların, həmin dövrdə saxta vətənpərvərlik edənlərin indiki mənzərədə necə iyrənc göründüyünü göstərək.

Belə ki,  cəbhədəki 3 günlük döyüşdən sonra cəmiyyətdə həmrəylik yarandı, xalq müharibədən qorxmadığını bəyan etdi və ordunu yeni uğurlara səslədi. Amma xalqın torpaq sevgisi hökumətin xoşuna gəlmədi. Çünki, Rusiya “dayan” əmri vermişdi. Bəli, 90-dan artıq şəhid verməyimizə baxmayaraq, hökumət dərhal atəşkəsə əməl etdi və bundan sonra Rusiya təbliğatı start götürdü. Indi hökumət komandası bütünlüklə Rusiyanın “sülh göyərçini” olduğunu sübut etməyə çalışırlar. Hətta Rusiyanın xoşuna gəlmək üçün AXCP sədri Əli Kərimlinin evinin qarşısında silsilə aksiyalar keçirirlər. Məsələ burasındadır ki, Əli Kərimlinin sərgilədiyi mövqe Rusiyanın deyil, xalqın və dövlətin maraqlarına uyğundur. Rusiyanın baş naziri Medvedev açıq şəkildə bildirdi ki, münaqişənin dondurulmuş qalması daha məqsəduyğundur. Yeri gəlmişkən, 3 günlük döyüş zamanı da Rusiyanın rəsmi təbliğatı Azərbaycanın əleyhinə yönəldi və Ermənistan Rusiyanın bağışladığı silahlarla mövqelərimizi atəşə tutdu.

Bəli, açıq şəkildə göründü ki, Rusiyanın ayağına qapananlar,  milli maraqları Rusiyanın maraqlarına satanlar və ermənipərəst Rusiya hökumətini tərif edənlər hökumət komandasının üzvlərdi… Buna qarşı çıxanlar, Rusiyaya etiraz edənlər isə demokratik düşərgədi.

Indi sual edirik ki, Milli Şuraya hücuma keçən vətənşüvənlər harada yatıb. Demokratik düşərgəni Rusiyaya işləməkdə suçlayan “milli maraq keşikçiləri” bu gün 5-ci kolonun canfəşanlığına niyə münasibət bildirmir? Axı, açıq şəkildə görünür ki, “Rusiya proyekti” kimlərdi. Niyə vətən, torpaq, dövlət sevginiz yenə fontan vurmur?

Göründüyü kimi bu adamlar “mövsümi patriotlardı”. Hökumət sifariş verəndə vətənpərvər libası da geyinə bilirlər, Rusiya sevdalısına da çevrilməyi bacarırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button