Gündəm

Saxta xəbər veb-saytları nə iş görüb

Almaniyanın “Der Spiegel” dərgisi təbii qaz qıtlığıyla bağlı xəbərdarlıq edir. Britaniyada isə “Guardian” qəzeti Rusiyanın Ukraynada hərbi cinayət törətməsini şübhə altına alır. “The Politico” dərgisi bütün bu xəbərlərin Facebook və Twitter-də gen-bol paylaşıldığını yazır.

Əslində isə bunlar Rusiyanın geniş dezinformasiya kampaniyasının tərkib hissəsi olub, Kremlin Ukraynaya işğalını əsaslandırmaq niyyəti güdüb. Bu kampaniya haqda bu həftə Facebook-un təsisçi şirkəti olan “Meta” hesabat yayıb.

Gizli kampaniyada saxta media saytlarından istifadə olunub. “Der Spiegel”, “Guardian” və digər nüfuzlu brendlərin oxşarı yaradılıb.

Oğru misalı…

Meta tədqiqatçıları 60-dan çox belə saxta media vebsaytın yaradıldığını aşkarlayıblar. Onların Facebook daxil olmaqla sosial mediada reklamına isə 100 min dollardan çox vəsait xərclənib. Bu saytlar Rusiyanın Ukraynadakı müharibə haqda propaqandasını yayıb, Avropa hökumətlərinin Kiyevə davam edən dəstəyi haqda şübhələr səpməyə çalışıb.

“Bu, oğrunun pəncələri sındırıb mümkün qədər çox şey ələ keçirməsinə bənzəyir. Belə təkmil saxta domenlər yaradıblar. Sonra onları ildırım sürətilə mümkün qədər çox fərqli platformalarda yaymağa çalışıblar”, – Meta-da qlobal təhdidlər üzrə kəşfiyyat rəhbəri Ben Nimmo “Politico”ya deyib.

Sosial media nəhəngi aylarla çəkən bu kampaniyanı Rusiyada konkret bir qrupla əlaqələndirə bilməyib. Ancaq ortalıqda olan dəlillər – vebsaytların bəzilərinin Rusiyada qeydiyyatdan keçməsi, kiril əlifbasından geniş istifadə, əsasən ruscadan tərcümə səhvləri bu gizli əməliyyatın Rusiyadan qaynaqlandığını göstərir. Həm də əməliyyat Moskvanın fevralın sonunda Ukraynaya hücumunda az sonra başlanıb.

Oxşarı yaradılanlar

Daha öncə Almaniyanın “T-Online” xəbər mediası bu əməliyyatın bir hissəsi haqda yazıb. Rusiyalı oyunçular bu brendin də oxşarını yaradaraq Kremlin propaqandasını təbliğ edib. Surəti çıxarılan digər media qurumları arasında Almaniyanın “Welt” televiziyası, Fransanın “20 Minutes”, Britaniyanın “Daily Mail” qəzetləri var.

Gözdən qaçırmayın:  Otbiçən maşın səsinə öyrəşən qulaqlar...

“Gülüncdür. Rusiyanın izlərini aşkarladıq. Eyni zamanda bu əməliyyatı idarə etmək üçün Avropada infrastruktur yaradıldığını üzə çıxardıq”, – bunu isə Aİ-nin “Disinfo Lab” qeyri-kommersiya təşkilatının icraçı direktoru Aleksandr Alafilip deyib. Bu qurum məhz onlayn nüfuzetmə kampaniyalarını izləyir.

“Politico” mindən çox saxta Facebook profilini əhatələyən şəbəkənin Avropada legitim sosial media istifadəçilərinə təsir göstərə bilmədiyini yazır.

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “Saxta xəbər veb-saytları nə iş görüb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button