Loading...
Loading...
Xəbərlər

Sayt rəhbəri şantaja görə 3,5 il azadlıqdan məhrum edilib

Bakı/18.01.22 Çərşənbə axşamı Nəsimi Rayon Məhkəməsi “Azadinfo.az” saytının təsisçisi Mahir Ələkbərovu 3 il və 6 ay müddətinə azadlıqdan məhrum edib.

Azər Tağıyevin sədrliyilə məhkəmə zamanı Mahir Ələkbərov Azərbaycan Cinayət Məcəlləsinin 182.1-ci (tələb etmə) maddəsilə təqsirli bilinib.

Bundan öncə hüquq-mühafizə orqanları bildiriblər ki, Ələkbərov hakim Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının lideri Ramiz Göyüşovun barəsindı intim videonun yayılmasında ittiham olunub.

Ələkbərov videonu yaymadan öncə Göyüşovdan 2 min manat pul tələb edib.

8 sentyabr 2021-ci ildə Ələkbərov saxlanılıb.

Zərərçəkənə gəlincə, Ramiz Qöyuşov hakimiyyəti nüfuzdan saldığına görə partiyadan xaric edilib.- 06B-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button