24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏGündəm

Sayt rəhbərinin 5 gündür aclıq aksiyası keçirdiyi deyilir

Həbsdə  olan xeberman.com saytının rəhbəri Polad Aslanovun yanvarın 6-dan aclıq aksiyası keçirdiyi bildirilir

Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanovun yanvarın 6-dan aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, Polad Aslanovla bugün, yanvarın 10-da telefonla danışıb:

“Bu 5 gün ərzində 3 kilo çəki itirib. Habelə deməsinə görə, başında şiddətli ağrılar, halsızlıq var, nəbz sürətlənib…”

Xanımının qeyd etməsinə görə, sayt rəhbəri işinin yenidən araşdırılmasını tələb edir.

Gülmirə Aslanova əlavə edib ki, ərinə aclığı dayandırmasından ötrü təzyiqlər edilib.

O, habelə qeyd edib ki, məsələ ilə bağlı Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Penitensiar Xidmətə məlumat verib.

Gülmirə Aslanovanın dediklərinə, hələlik, Penitensiar Xidmət və başqa adı çəkilən qurumlardan münasibət almaq mümükn olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, deyirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Xatırlatma

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında P.Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. O, özünü təqsirli bilmir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button