2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Sayt rəhbəri: ‘500 manat cərimələndim’

Yanvarın 12-də jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu bu saytda gedən yazıya görə 500 manat cərimələndiyini deyir

Yanvarın 12-də jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlu bu saytda gedən yazıya görə 500 manat cərimələndiyini deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə onun özü məlumat verib.

Fərəməzoğlunun sözlərinə görə, yanvarın 12-də onu Baş Prokurorluqda Cinayət Təqibi olmayan işlər üzrə İdarəyə dəvət ediblər:

“Çağırılmanın səbəbi dünən, yanvarın 11-də rəhbərlik etdiyim saytda” “Xankəndidən Şuşa atəşə tutuldu” başlığı altında gedən yazı oldu. Prokurorluq hesab etdi ki, bu yazı camaatın arasında çaşqınlıq yaradır”.

Fərəməzoğlu qeyd edib ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi ) protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib:

“Məhkəmədə 500 manat cərimələndim. Hesab edirəm ki, yazı sadəcə bəhanədir. Sadəcə“ipə-sapa” yatmayanları belə cərimələrlə və digər vasitələrlə“ipə-sapa” yatızdırmaq istəyirlər”.

O, əlavə edib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Bu deyilənlərlə bağlı Baş Prokurorluq və məhkəmədən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Amma rəsmilər birqayda olaraq vurğulayırlar ki, ölkədə söz azadlığına basqı yoxdur.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button