2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Sayt rəhbəri işinin yenidən araşdırılmasını istəyir

xeberman.com-un həbsdə olan rəhbəri Polad Aslanovun işinin yenidən araşdırılmasını istədiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, əri dünən, yanvarın 6-da gündüz görüşərkən deyib ki, işinin yenidən araşdırılması tələbi ilə aclıq aksiyasına da başlamaq niyyətindədir: “O mənə dedi ki, Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əsədova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə yazdığı heç bir müraciətə cavab verilmir. Əvvəlki Baş prokuror Zakir Qaralova yazanda, heç olmasa, cavab gəlirdi, indi, ümumiyyətlə, cavab yoxdur. Polad həmçinin, onun kassasiya şikayətinin baxılmamasından narazıdır. Ötən ilin fevralında apellyasiya şikayətinə baxılıb, amma Ali Məhkəmədə proses təyin edilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

“Rəis deyir ki, sən müraciətləri çox sərt yazırsan”

G.Aslanovanın sözlərinə görə, son iki ay ərinin müraciətlərinin saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsindən kənara çıxmasına imkan verilmir: “Rəis deyir ki, sən müraciətləri çox sərt yazırsan”.

O qeyd edib ki, P.Aslanov hazırda cəzaçəkmə müəssisəsinin müalicə müəssisəsindədir: “Polada qarşı təxribatlar olmuşdu, ona görə də əsəbləri tam pozulub. Həkim rəyinə əsasən onu müalicə müəssisəsinə yerləşdiriblər. Müalicə bitdi, amma hələ də orada saxlanılır”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, deyirlər ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu ilin iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu.

Həmin ilin noyabrında P.Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. O, özünü təqsirli bilmir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button