2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sayt rəhbəri yalan məlumata görə 500 manat cərimə olunub

Bakı/13.01.22 Jamaz.info saytının rəhbəri İbişbəyli Fikrət (Fikrət Fərəməzoğlu) 500 manat cərimə olunub, bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Cinayət təqibindən kənar icraatlar idarəsində aparan araşdırmalar nəticəsində Fikrət İbişbəylinin Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “jamaz.info” xəbər saytında yerləşdirdiyi müəyyən olunub.

Bununla əlaqədar yanvarın 12-də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sayt rəhbəri öz facebook səhifəsində məhkəmə qərarı ilə razı olmadığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu yazıb. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button