2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Sayt rəhbərinin xanımı DTX-da qəbul edilib

xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində qəbulda olub. O, AzadlıqRadiosuna bildirib ki, görüşdə vəkil Elçin Sadıqov da iştirak edib.

G.Aslanovanın sözlərinə görə, idarədə ona bildirilib ki, məhkəmə qərarı artıq qüvvəyə minib, iş Ali Məhkəmədə baxılma mərhələsindədir və məhkəmənin işinə müdaxilə mümkünsüzdür: “Biz vəkillə Poladın hüquqlarının pozulduğunu, onun günahını sübuta yetirən faktların olmadığını desək də, bu nəticə vermədi”.

Saytların yığılması Saytlarin yigilmasi

Sayt redaktorunun həyat yoldaşı qeyd edib ki, yanvarın 6-dan aclıq aksiyası keçirdiyini açıqlayan P.Aslanov bu gün, yanvarın 12-də evə zəng vurmalı olsa da, zəng vurmayıb: “Ona ya zəng vurmağa imkan verilməyib, ya da səhhətində ciddi problemlər yaranıb”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və DTX-dan hər hansı münasibət almaq mümkün olmayıb.

G.Aslanova dünən, yanvarın 11-də DTX-nın inzibati binasının qarşısında təkbaşına aksiyası keçirmişdi. Sonra o, DTX binasına dəvət edilmişdi.

Xatırlatma

xeberman.com saytının təsisçisi və baş redaktoru P.Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında P.Aslanov 16 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, P.Aslanov dövlətə xəyanətdə – İranın xüsusi xidmət orqanlarına casusluqda suçlu bilinib. O, özünü təqsirli bilmir.

P.Aslanovun yanvarın 6-da işinin yenidən araşdırılması tələbi ilə aclıq aksiyasına başladığı ilə bağlı yaxınları açıqlama vermişdi. Lakin həmin məlumatı rəsmi qurumlardan, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button