2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sayt rəhbərlərinə qarşı cinayət işləri

Bakı/21.10.21 “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun cinayət işinin istintaqı yekunlaşdırılıb. O, sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun şantaj edilməsi haqqında iş üzrə saxlanılıb.

Ələkbərov Göyüşovu barəsində qeyri-etik videogörüntüləri dərc etməklə şantaj edərək, pul tələb edirdi. Göyüşov pul verməkdən imtina etdikdən sonra videogörüntülər azadliq.info saytında yerləşdirilib.

Ələkbərov yenidən Göyüşovu görüşə çağırıb və videonu silmək üçün 2 min manat tələb edib. Pulu alarkən Ələkbərov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Göyüşova gəlincə, o, pornovideo izləyərkən videogörüntüləri çəkildiyi üçün “təşkilatı nüfuzdan saldığına” görə partiyadan xaric edilib. 

Bu arada, Baş Prokurorluq daha bir saytın – cia.az saytının təsisçisi Asəf Novruzovun və bu saytın əməkdaşı Maqsud Səfərovun saxlanıldığı barədə məlumat yayıb.

Onlar dövlət idarələrinin, müəssisə və təşkilatların rəhbərlərini şantaj etməklə pul tələb etməkdə ittiham olunurlar. Hər ikisinə qarşı CM-in 182.2.1 (pul tələb etmə, bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2-ci (pul tələb etmə, təkrarən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə onlar barəsində həbs qətimkan tədbiri seçib. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button