2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Saytımızı oyunlarınıza alət etməyin”

“Rəhbəri olduğum 24saat.org saytının bloklanması Mətbuat Şurasına görə deyil və bu barədə bəyanatdan məlumatım yoxdur”.
Bu sözləri 24saat.org saytının baş redaktoru Vüqar Qurdqanlı bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycanda bloklanan saytların baş redaktorları adından bəyanat yayılıb. Bəyanatda saytların bloklanmasına görə Mətbuat Şurası ittiham edilib.

Bəyanat müəllifləri arasında 24saat.org saytının da adı var.
Vüqar Qurdqanlı bildirib ki, rəhbrəlik etdiyi media orqanı azadliq.info, azadliq.org və meydan.tv saytlarının materiallarını tirajladığına görə bloklanıb.

“Bu saytların bloklanması barədə məhkəm qərarı var. Həmin qərarda o da qeyd edilib ki, azadliq.info, azadliq.org və meydan.tv-də yayımlanan materialları yayan saytların da ölkə daxilində fəliyyəti məhdudlaşdırılacaq. 24saat.org da həmin saytların materiallarını yaydığına görə bloklanıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Vüqar Qurdqanlı onu da qeyd edib ki, media nümayəndəsi kimi Mətbuat Şurasının fəaliyyətini qənaətbəxş hesab etməsə də, Mətbuat Şurasına qarşı bəyanata saytının adının salınmasına etiraz edir.
“Bizi öz oyunlarına qatmasınlar”, – deyə baş redaktor bildirib.

İnfoAz.org saytının baş redaktoru Namiq Cəfərli də sözügedən bəyanatdan xəbərsiz olduğunu bildirib.

“Qeyd etmək istəyirəm ki, rəhbəri olduğum infoAZ.org saytının bu ilin avqustundan etibarən fəaliyyəti Azərbaycan ərazisində məhdudlaşdırılıb. Lakin bu, Mətbuat Şurasına görə deyil. Buna səbəb, çox güman ki, prezidentin köməkçisi Əli Həsənovla bağlı yazdığım yazı olub. Bu yazıya görə, prokurorluğa çağrılaraq əsasız yerə xəbərdarlıq aldıqdan sonra infoAZ.org saytı blok edilib.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlarla yanaşı məhkəməyə də müraciət etmişik”.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button