2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

Məhkəmə infoaz.org saytının iddiasını təmin edə bilmədi

Məhkəmə baş redaktorun nazirliyə qarşı iddiasını təmin etmədi

1 saylı İqtisadi-İnzibati Məhkəməsi dekabrın 22-də infoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxıb.

Bu ilin avqustun 18-dən etibarən adıçəkilən sayta Azərbaycan ərazisində giriş məhdudlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Namiq Cəfərli cavabdeh qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verib.

Prosesdə iştirak edən nazirliyin vəkili Bəxtiyar Məmmədov iddia edib ki, saytın bloklanmasında müdafiə etdiyi qurumun heç bir rolu yoxdur.

Onun sözlərinə görə, nazirlik hansısa müraciət əsasında internet resurslarına blok qoya bilər.

“İnfoaz.org saytı barədə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə hər hansı müraciət daxil olmayıb”.

Hakim Aygün Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Namiq Cəfərlinin iddiası təmin olunmayıb.

Namiq Cəfərli Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti verməklə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlüksizlik Xidmətinə müraciət edəcək.

“Nazirliyin nümayəndəsinin səmimiliyinə şübhə edirəm. Lakin bununla belə onun dediklərinə əsaslanaraq DİN və DTX-ə müraciət edəcəm. Əgər həqiqətən də nazirliyin bu işdə rolu yoxdursa, deməli, ortada kibercinayətkarlıq faktı var. Ümid edirəm ki, müraciət edəcəyim hüquq-mühafizə orqanları bu faktı araşdıracaq. Paralel olaraq apelyasiya şikayəti də verəcəm”, – deyə baş redaktor bildirib.

Namiq Cəfərlinin hüquqlarını müdafiə edən Zibeydə Zəkəriyyayeva da qərardan narazı olduğunu bildirib.

Vəkil bildirib ki, Azərbaycanda saytların bloklanmasl ilk hal deyil.

“Bundan əvvəl də saytlar bloklanıb və bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirib. Ona görə də apelyasiya şikayəti verəcəyik”.

AZ24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button