2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘Saytlarda dil qənaətbəxş deyil’ – Mərkəz

Dil Komissiyası yanında Monitorinq Mərkəzi kütləvi informasiya vasitələrində (KİV) aşkarlanan qüsurlara görə cərimələnənlərin olduğunu açıqlayıb.

Mərkəzdən “Turan” agentliyinə verilən məlumata görə, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq ediləcək: “Xəbərdarlıqlara baxmayaraq qüsurlar davam edərsə, aparıcılar, jurnalistlər deyil, həmin şəxslərin çalışdığı qurum cərimələnəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Mərkəzin direktoru Sevinc Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil: “Bizi narahat edən məsələ dil normaları dediyimiz orfoqrafik və orfoepik qaydalardan çox leksik və sintaktik normaların pozulmasıdır ki, bu, artıq çox ciddi məsələdir”.

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 500 manatdan 1000 manatadək cərimə edilə bilər.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi 2019-cu il avqustun 1-də yaradılıb. Əsasnaməyə görə, Monitorinq Mərkəzi Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməli olan, dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

24 saat” “’Saytlarda dil qənaətbəxş deyil’ – Mərkəz” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button