Now Reading:
Saytların bloklanması Avropa İttifaqının nümayəndəsi ilə müzakirə edildi

Avqustun 10-da Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bir qrup vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitəsi (KİV) nümayəndəsini qəbul edib.

Görüş zamanı fəallar və jurnalistlər söz azadlığı, vətəndaş cəmiyyəti sahəsindəki vəziyyət barədə Aİ səfirinə məlumat veriblər.

Verilən məlumata görə, son vaxtlar Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə xəbər saytlarının bloklanması söhbətin əsas mövzu olub.

Görüşdə saytların bloklanması ilə bağlı iddiaların və məhkəmə qərarlarının qanunsuz olduğu qeyd edilib. Bu, KİV və söz azadlığının məhdudlaşdırılmasına yönələn addım kimi qiymətləndirilib.

Görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı da bildirilir.

Səfir K.Yankauskas Aİ-nin ifadə azadlığının, vətəndaş cəmiyyətinin inkişafında, həmçinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Xatırlatma

Bu həftə bir neçə sayt bloklanıb. Avqustun 7-də az24saat.org , bir gün sonra isə xural.com və arqument.az saytının bloklanması ilə bağlı qərarlar verilib. Hər 3 sayt da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddası əsasında bötan yazılar yaymaqda günahlandırılırdı. Hərçənd sayt rəhbərləri bunu qəbul etmirdilər.

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsinin onlardan biri, arqument.az saytının blok edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin qəbul etdiyi qərarı ləğv etdiyi bildirilir.

Azərbaycanda saytların bloklanması 2017-ci ilin martından başlanıb. Heç bir xəbərdarlıq edilmədən AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb. Yalnız 2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsi bu saytlara girişin bloklanması ilə bağlı qərar qəbul edib.

Həmin saytlar dövlətin maraq və təhlükəsizliyinə zidd bir sıra materiallar yaymaqda günahlandırılırdılar. Hərçənd müdafiə tərəfi məhkəmədə iddianın əsasız olduğunu bəyan etmişdi.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.