2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saytların bloklanmasına dair məhkəmə davam edir

Səbayel rayon məhkəməsində Azadlıq qəzeti, Azadlıq radiosu, Meydan TV, Turan telekanalı və Azərbaycan saatı verilişinin yerləşdirildiyi internet ehtiyatlarının bloklanması iddiası ilə məhkəmə prosesi davam etdirilir.
Məhkəmə qarşısında hüquq müdafiəçiləri, xarici səfirliklərin nümayəndələr və vətəndaşlar toplanıb.
Məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) iddiasına əsasən keçirilir.

Aprelin 27-ə təyin olunmuş ilk məhkəmə iclası ETM-ın nümayəndəsinin etibarnaməsini gətirməməsinə görə təxirə salınmışdı.
ETM-in məhkəməyə müraciətində iddia edilir ki, bu media qurumları “Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunana maraqlarına təhdid” yaradıb.
Lakin media qurumları bu ittihamları təkzib edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button