2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saytların bloklanmasında “Delta Telecom”un izi aşkar edildi

Virtualroad.org internet azadlığı qurumu müəyyən edib ki, martın 27-indən başlayaraq Azərbaycan daxilindən azadliq.info veb saytına giriş kəskin aşağı düşüb. Azadliq.info veb saytı trafikin 70 faizini Azərbaycandan qəbul edir və martın 27-i bu trafik 30-40% aşağı düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni vaxtda təşkilatın sensorlarından biri ölkə daxilində bir neçə provayderdən gələn “qısa sessiyalar” (“short sessions”) və “trafiki sıfırlama”nın (“reset traffic”) qəfil artdığını müəyyən edib. Azərbaycandan daxilolmalar qəfil dayandırılıb.

Martın 27-i axşam biz oxuculardan problemin olduğunu göstərən skrinşotlar əldə etmişik. RST trafiki qəbul edən brauzerlər “ERR_CONNECTION_RESET” xəta mesajını göstərib.

Təşkilat bildirir ki, xüsusi avadanlıq yerləşdirilərək veb trafikə aktiv olaraq müdaxilə edilir.

Trafik müdaxilələrə məruz qalan bütün provayderlər yoxlanıb  və onların Avtonom Sistem Adları (“Autonomous System Names”) müəyyən edilib.

Müxtəlif marşrutizasiya cədvəllərinə baxılaraq müdaxilə olunan trafikin ümumi tranzit provayderi kimi AS29049 (Delta Telecom) müəyyən edilib.

Məsələn, kabel televiziyası olan KATV1(AS57293) provayderinin istifadəçiləri AS29049 (Delta Telecom) vasitəsilə giriş əldə edir.

Delta Telecom Azərbaycanın bütün daxili İnternet Servis Provayderlərinə (ISP), hüquqi və fiziki şəxslərə internet xidmətləri göstərən yeganə aparıcı operatordur.

Bloklama necə işləyir?

3 veb sayt hazırda blok edilib: azadliq.info, azadliq.org və meydan.tv

Delta İnfrastrukturunun daxilində gələn və çıxan trafikləri monitorinq edən xüsusi qurğu var.

Qurğu port nömrələrindən müstəqil olaraq hər bir TCP seansını izləyir.

Qurğu azadliq.info, azadliq.org və meydan.tv veb xidmətləri ilə əlaqəli HTTP və HTTPS seanslarının hər ikisini izləyir.

HTTP seansları HTTP əlaqəsinin “Host: “ başlığını yoxlamaqla və azadliq.info və ya istənilən subdomenin xəritəsini cızmaqla müəyyən edilir.

HTTPS sessiyaları ilkin TLS anlaşması zamanı “servername extension”-a baxaraq müəyyən edilir.

HTTP GET Request müəyyən ediləndə “HOST” başlıqlı paket düşürülür və iki “Reset” paketi bağlantını aradan qaldırmağa məcbur edən əlaqənin uc nöqtələrinə göndərilir.

HTTPS TLS anlaşması müəyyən ediləndə “Client Hello” başlıqlı paket düşürülür və 2 “Reset” paketi bağlantını aradan qaldırmağa məcbur edən əlaqənin uc nöqtələrinə göndərilir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button